Arbitraj nədir və tapşırıqların arbitraja düşmə səbəbləri hansıdır?
Sifarişçi ilə İcraçı arasında işin nəticəsi barədə fikir ayrılığı olduqda, tapşırıq arbitraja keçir və arbitraj şöbəsinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilir. Məsələn, tərəflər tapşırıqları müxtəlif statuslarla bağladıqda (bir tərəf işin görüldüyünü, digəri isə görülmədiyini qeyd etsə) və ya tapşırığın yekun qiyməti fərqli göstərildiyi halda olur.
Bütün hallar fərdi olaraq nəzərdən keçirilir. Arbitraj şöbəsinin əməkdaşları Sifarişçi və İcraçı ilə əlaqə saxlayır, təfərrüatı dəqiqləşdirir və hər iki tərəfin arqumentlərini nəzərə alaraq yekun qərar qəbul edir. Nəticədə, tapşırıq yetirilmiş və ya yetirilməmiş kimi bağlanır.
Qərar qəbul edərkən aşağıdakılar nəzərə alınır:
- Tərəflərin kağız üzərində qeyd olunan razılaşmaları
- Görülən işlərin nəticələrinin fotoşəkilləri (əvvəl və sonra).
- Tərəflərin servis daxili yazışmaları
- Vəsaitlərin köçürülməsi barədə sənədlər
- Tapşırığa aid digər sənəd və sübutlar
Tərəflərin biri ilə əlaqə saxlamaq mümkün deyilsə, AZDO əməkdaşları əldə etdikləri məlumatlara əsaslanaraq tapşırığın statusu haqqında son qərar verirlər.
Arbitrajla bağlı bütün sualları info@azdo.az ünvanına göndərin. Əgər siz neqativ rəy yazmısınız və tapşırığı "yerinə yetirilməyib" kimi bağlamısınızsa, amma ikinci istifadəçi vəziyyəti düzəldib və siz servisdə onun statistikasını korlamaq istəmirsinizsə bu ünvana yazmaq tövsiyə olunur.