Mənfi rəylər haqqında mübahisələrin aparılma qaydaları
Mənfi rəyin ədalətsiz olduğunu düşünürsünüzsə, onu müzakirə edə bilərsiniz. Vəziyyətlər müxtəlifdir və istifadəçilər sadəcə bir-birlərini anlamaya bilərlər.
Cavab olaraq mənfi rəylər verməyə tələsməyin. Qiymətləndirmənin ədalətsiz olduğunu düşünürsünüzsə, biz mütləq bu işə qoşulub rəyin ortaya çıxma səbəblərinə aydınlıq gətirəcəyik. Yoxlamadan sonra, o, ədalətsiz və ya sadəcə səhv ola bilər (bu da mümkündür). Əlavə məlumatlar məsələyə aydınlıq gətirməyə kömək edəcək: İstifadəçilərin yazışmaları və gördüyünüz işin yüksək keyfiyyətdə fotoşəkili.
-
Sifarişçiyə yazın
Əvvəlcə Sifarişçi ilə əlaqə saxlamağa və problemi özünüz həll etməyə çalışın. Sifarişçiyə neqativsiz, nəzakətli ismarıc yazın və mənfi rəyin səbəbini öyrənməyə çalışın. Əgər məsələ öz həllini taparsa, bu barədə texniki dəstək xidmətinə məlumat verin və rəy tez bir zamanda düzəldiləcək. Texniki dəstək xidməti:info@azdo.az -
Dəstək xidmətinə müraciət edin
Problemi özünüz həll edə bilməyəcəyiniz halda, texniki dəstək xidmətinə müraciət edin: info@azdo.az Məsələni qısa şəkildə izah edərək,əməkdaşlarımız tərəfindən sizə növbəti addımları göstəriləcək.
Mürəkkəb və ətraflı araşdırma tələb edən hallarda, məlumatınız arbitraj bölməsinə ötürüləcək və bu şöbənin nümayəndəsi tezliklə sizinlə əlaqə saxlayacaq.
AZDO-nun qaydalarına əsasən rəylər müəllifin xəbəri olmadan gizlədilə, dəyişdirilə və silinə bilməz. Lakin, müəllifin yalan danışdığı, rəylərin tərkibində təhqir və ya şəxsiyyətə toxunan mövzular aşkarlandığı halda, həmin rəylər mütləq redaktə olunacaq.