Tapşırıqların axtarışı və filtr olunması

Tapşırıqlar üzrə axtarış sistemi açar sözlər və müxtəlif parametrləri istifadə edərək maraqlandıran tapşırıqları tapmağa imkan yaradır.

Axtarış forması Azdo veb saytının "Bütün tapşırıqlar" bölməsində yerləşir.

Axtarış sətrində istənilən söz və ya ifadə yazın. Səhifədə tapşırıqların təsvirində qeyd etdiyiniz açar sözlərini əks etdirən bütün tapşırıqlar göstəriləcək. Tapşırıqlar dərc olunma vaxtına görə sıralanır (əvvəlcə yeni tapşırıqlar göstərilir).

Filtrlər

Axtarış nəticələrini dəqiqləşdirmək üçün aşağıdakı filtrləri quraşdıra bilərsiniz:

  • Kateqoriyalar
    Sizi maraqlandıran kateqoriyaları seçin və axtarış yalnız bu kateqoriyalara aid tapşırıqlar üzrə ediləcək.
  • Tapşırıqların növü
    Status seçməklə, statusuna müvafiq olan tapşırıqlar üzrə axtarış edə bilərsiniz. Beləliklə, "Açıq" statusunu seçərkən, yalnız İcraçısı hələ seçilməyən tapşırıqları görəcəksiniz, "Tamamlanmış" seçərək, son dövr üzrə hansı şərtlərlə və hansı tapşırıqların başa çatdığını görəcəksiniz.
  • Şəhər
    Şəhəri dəyişərək, digər şəhərdə həyata keçirilməsi lazım olan tapşırıqlar haqqında məlumat əldə edə bilərsiniz. Standart olaraq profilinizdə göstərilən şəhər seçiləcək.
  • Tapşırığın büdcəsi
    Minimum büdcə təyin edə bilərsiniz və ondan ucuz tapşırıqlar göstərilməyəcək.
  • İcra tarixi və müddəti
    Müəyyən vaxt zamanı icra ediməli tapşırıqları axtarın.

Tapşırıqlarınızı izləmək

Siz təklifinizi təqdim edib və sifarişçinin qərarını gözləyərək həmişə yerinə yetirdiyiniz, artıq tamamlamış və ya yerinə yetirməyi planlaşdırdığınız tapşırıqları görə bilərsiniz,. Bunu etmək üçün şəxsi hesabda "Mənim tapşırıqlarım" bölməsini seçməlisiniz.

"Mənim tapşırıqlarım" bölümündə hər hansı bir tapşırığı olan bütün günlər qeyd olunmaqla vəzifə təqvimi var və həmin təqvimdə həmçinin üç alt bölməyə bölünmüş vəzifələrin siyahısı mövcuddur:

  • İcra edirəm - İcraçı seçildiyiniz tapşırıqlar üçün
  • Mənim cavablarım - Sizin cavab qoyduğunuz, lakin İcraçı seçilmədiyiniz tapşırıqlara görə.
  • Arxivləşdirilmiş - artıq görülən tapşırıqlar üçün

Siyahıdakı hər hansı bir vəzifəni tıklayaraq bu tapşırığın detallarını görəcəksiniz.