Bloka düşməyin və İcraçı statusunun ləğv edilmə səbəbləri

Vəzifələri yerinə yetirməyə başlamazdan əvvəl servis qaydalarını diqqətlə oxuyun. Rubrikatora istinad Qeyri-qanuni pozuntulara görə istifadəçi İcraçı statusundan məhrum ola bilər və hətta blok edilə bilər.

Bloka düşməyin səbəbləri

Azərbaycan Respublikasının qanunlarını pozan hər hansı bir hərəkət. Biz xidmətin qanunvericiliyin tələblərinə uyğun olmasını təmin edirik. Azərbaycan Respublikasının qanunlarının pozulmasına görə istifadəçi blok ediləcək və məsuliyyətə cəlb edilə bilər.

Şəxsiyyət vəsiqəsinin yoxlanılması nəticələrinə görə onun sahibi axtarışda olduğu təsdiqləndiyi təqdirdə, bu istifadəçi bloklanır.

  • Dələduzluq. Maddi iddia ilə bağlı dəstək xidmətinə müraciət edildikdə: kuryer pulla ayrıldığından, Sifarişçi görülən iş üçün ödəniş etmədi və zənglərə cavab vermədi,- istifadəçinin profili blok edilərək arbitraja ötürülür, hətta hüquq-mühafizə orqanlarına göndəriə bilər. Arbitraj haqqında ətraflı məlumat

  • Reytinqə süni təsir. Reytinqlərin süni artırılması istifadəçinin hesabının bərpası mümkün olmayan statusu ilə bloka düşməsinə səbəb olur. Reytinqlər haqda ətraflı

  • Servis personalı ilə ünsiyyət qaydalarının pozulması. Biz AZDO-da istifadəçilərimizi qeyri-adekvat və kobud insanlarla ünsiyyətdən qorumağa çalışırıq. Bu səbəbdən, müvafiq yoxlamadan sonra istənilən istifadəçini, qeyd edilən davranışları təsdiqlənərsə,bloka salmaq hüququndayıq.

  • Digər istifadəçilərdən şikayətlər. Dəstək xidmətinə şikayətlər daxil olduqda: İcraçı və ya Sifarişçi tərəfindən servis qaydalarının pozulması haqqında; kobud və qeyri etik davranışlar haqqında; müqavilə şərtlərinin pozulması haqqında. Qeyd edilən məlumatlar öz təsdiqini taparsa istifadəçi səhifəsi bloklana bilər.

  • İstifadəçinin bir neçə səhifədən istifadəsi. Servisin şərtlərinə görə İstifadəçinin eyni zamanda bir neçə hesabdan istifadəsi qadağandır. Servisin istifadəçiləri ilə digər şəxsin adından və ya hesabından istifadə etmək, özünüz barədə düzgün olmayan məlumatları bildirmək qadağandır. Bu cür pozuntular aşkar edildikdə, istifadəçi hesabı bloklana bilər.

İcraçının statusunun ləğv  edilmə səbəbləri

  • İlk tapşırıq yerinə yetirilmədi. İcraçı ilk tapşırığını yerinə yetirmədikdə və yaxud mənfi rəy aldıqda, ona xəbərdarlıq edilə bilər və ya konkret vəziyyətə uyğun İcraçı statusundan məhrum ola bilər.

  • Sifarişçini xəbərdar etmədən tapşırıqı başqa bir şəxsə ötürmək. İcraçı tapşırığa cavab verib, amma yerinə yetirilməsi üçün başqa adamı (dostunu, həmkarını, qohumunu) göndəribsə, statusunu itirə bilər. sifarişçinin xəbəri olmadan bunu etmək qadağandır.

  • Servisdən kənar əlaqə məlumatlarının mübadiləsi. Bir istifadəçi əlaqə məlumatlarını, əlaqə məlumatlarına digər saytların linklərini profildə, tapşırıqdakı qeydlərdə qeyd edərsə, ona xəbərdarlıq edilə bilər və o, İcraçı statusunu itirə bilər.

  • Şərhlərdə ünsiyyət qaydalarının pozulması. Şərhlər tapşırıqların detallarını aydınlaşdırmaq üçün lazımdır. Şərhlərdə istənilən formada xidmət təklif etmək olmaz (məsələn: "Mən sifarişi 10 min AZN-ə icra edə bilərəm. Əgər razısınızsa, təklifimi yerləşdirə bilərəm"), sifarişçi ilə razılığa gəlmək, pulsuz məsləhətləşmələr aparmaq, kobud davranmaq, tapşırığın mahiyyətinə aid olmayan məsələləri müzakirə etmək. Şərhlər haqqında ətraflı məlumat

  • Beş və ya daha çox mənfi rəy. İstifadəçi çox sayda mənfi rəylər və istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinə dair təkrarlanan şikayətlərə görə İcraçı statusunu itirə bilər.

  • Sifarişçiyə bildirmədən tapşırığı yerinə yetirməkdən imtina etmək. İstifadəçi tapşırığın İcraçısı kimi seçildiyi halda, lakin hər hansı bir səbəbdən tapşırığı yerinə yetirməkdən imtina edirsə, bu barədə Sifarişçiyə məlumat verməlidir. Əks təqdirdə, münaqişə yarandıqda və Sifarişçi tərəfindən şikayət daxil olduqda, İstifadəçi İcraçı statusunu itirə bilər.