AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Rəylərin düzgün olmasının yoxlanılması

AZDO-nun ən önəmli  vəzifələrindən qarşılıqlı etibar əsasında fəaliyyət göstərən İcraçılar və Sifarişçilər icması  yaratmaqdır.

İcraçının orta reytinqini süni şəkildə artıran etibarsız rəylər, Sifarişçiləri aldadır və nəticədə etibarlı İcraçıların işini çətinləşdirir. Buna görə biz tamamlanmış tapşırıqların bütün rəylərin düzgünlüyünü yoxlayırıq.

Yoxlama necə keçirilir

AZDO-da rəylərin tərkibində etibarsızlıq əlamətlərini təyin edən xüsusi bir alqoritm tətbiq olunur. Onlar müəyyən edildikdə, sistem, istifadəçi rəylərinin doğruluğunu yoxlayan moderatorlara, müvafiq siqnal göndərir.

Həmçinin, bütün aktiv İcraçıların rəyləri müntəzəm şəkildə yoxlanılır. Rəylərində etibarsızlıq əlamətləri aşkarlanan istifadəçilərin hesablarına xəbərdarlıq göndərilir. İstifadəçinin profilindəki rəylərin bir hissəsi süni şəkildə artırılıbsa, o zaman onun profili bərpa imkanı olmadan bloklanır!

Süni artırılma — etibarsız rəy yazmaq və ya almaq məqsədləri ilə  tapşırıqların yaradılması və bununla reytinqə və AZDO-nun orta qiymətinə süni təsir göstərmək.

İstifadəçi profili yalnız qaydaların pozulması təsdiqləndikdən sonra bloklanır. Bu məlumat müxtəlif yollarla bir neçə dəfə yoxlanılır. Blok üçün kifayət qədər dəlil yoxdursa, o zaman biz istifadəçinin profilə daxil olmasına maneə olmuruq, ilk növbədə süni artırılma əlamətlərinin aşkar olunması barəsində xəbərdarlıq məktubu göndəririk.

İstifadəçinin profilindəki pozuntu əlamətlərini aşkarlasaq, biz əvvəlcə xəbərdarlıq göndərəcəyik və sonrakı fəaliyyətini izləyəcəyik. İstifadəçi heç bir məhdudiyyət olmadan işə davam edə bilər. Ən əsası qaydaları pozmayın.

Unutmayın ki, əgər sizin profiliniz sadə xəbərdarlıq deyil artıq blok edilibsə, o zaman servisə qayıtma şansınız olmayacaq!