Fırıldaqçı Sifarişçiləri necə tanıyaq
Təəssüf ki, bəzi istifadəçilər AZDO xidmətinin yaratdığı etibardan istifadə edib İcraçıları aldadırlar. Aldatma sxemlərinin çoxunun əvvəlcədən qarşısını ala bilirik və burada bizə bir neçə məsləhət vermək istəyirik. Bu tövsiyələr sizə, tapşırıqları yerinə yetirərkən, fırıldaqçılardan yan qaçmağa kömək edəcək.
Hansı tapşırıqlar xüsusi diqqət tələb edir
Tərəfinizdən məsrəflər tələb olunursa, diqqətli olun. Sifarişçi-fırıldaqçı İcraçıdan məhsul, bilet, hədiyyə almaq, onlayn xidməti ödəmək, telefonun və ya hesabın balansını artırmaq, pul vəsaitlərini üçüncü tərəfə ötürmək və s. xahiş edir.
Bəzən, heç bir xərclər tələb etməyən xidmət sifariş edilə bilər: mənzil təmizləmək, yükün daşınması, soyuducu təmiri və s. İcraçı sifarişə getdiyi müddətdə Sifarişçi ona zəng edib ödənişi görüşdüyü zaman verəcəyinə vəd verərək təcili olaraq telefonunun balansını artırmağı və ya hansısa məhsulu almağı xahiş edir. Belə hallarda onlar "qucağımda körpə uşağım var, heç kim ilə qoya bilmirəm", "dünən ayağımı sındırmışam, özüm gələ bilmirəm", deyə özünü aciz kimi təqdim edir. Eyni zamanda o, çox nəzakətlidir, detalları aydınlaşdırır. Bu yalnız İcraçı pulları köçürənə qədər davam edir.
Potensial təhlükəli tapşırıqların əsas əlaməti: ilk növbədə pulunuzu xərcləməlisiz və bu, tapşırığınızın icra prosesində ortaya çıxan halda, risk daha yüksəkdir.
Əgər tapşırığı yerinə yetirmək üçün razılıq verdiyiniz halda Sifarişçi əvvəlcədən xəbərdar etmədiyi təqdirdə sizdən pul köçürməyi və ya pulunuza bir məhsul almağınızı istəsə, ondan imtina etmək hüququnuz var. Əgər imtina etdiyinizdən sonra Sifarişçi sizi mənfi rəy ilə şantaj etməyə başlayırsa, dərhal Azdo dəstək xidməti ilə əlaqə saxlayın bizə yazmaq
Mümkün fırıldaqçılıqdan özünüzü necə qorumalı
-
Sifarişçinin profilini diqqətlə oxuyun
Müştərinin AZDO-da qeydiyyatdan keçdiyi tarixə baxın: o, servisdə nə qədər uzun müddət olsa, bir o qədər etibarlıdır.
Onun barəsində digər İcraçılardan soruşun. Bəlkə o, müntəzəm olaraq ödəniş tələb edən tapşırıqları yaradır və həmişə tapşırıqların haqqını ödəyir, o zaman narahat olmağa dəyməz. Əgər yoxdursa, o zaman onun hansı tapşırıqlar yaratdığına baxın. Həmin Sifarişçiyə rəy bildirən İcraçıların reytinq və qeydiyyat müddətinə diqqət yetirin. -
Digər şərtlər təklif edin.
Sifarişçinin profilini öyrəndikdən sonra o, etibarlı görünmürsə, öz şərtlərinizi təklif edə bilərsiniz.
Ödəməni kartınıza köçürməyi təklif edin. Müştəri imtina edirmi? Səbəbini soruşun. Bunun səbəbi "belə imkan yoxdur", "nadir bir bank tərəfindən verilmiş, pul uzun müddətə gedəcək", "kartınız bloklanıb" deyirsə, siz də üstünüzdə lazımi məbləğin olmaması barədə ona deyin və onunla görüşməyi və qəbz almaqla nağd pulu almaq təklifini verin.
Əgər sizin yüksək reytinqiniz olduğu halda, Sifarişçi əvvəlcədən ödəniş etməkdən və digər variantlardan boyun qaçırırsa, bu artıq sizi düşündürməlidir.
Ehtiyat etməli olduğunuz başqa bir tapşırıqlar
Əgər Sifarişçi SMS göndərməklə mobil proqramı yükləməyi xahiş edirsə, diqqətli olun. Bu cür proqramların köməyi ilə fırıldaqçılar telefonunuzla əlaqəli bank hesabının idarəçiliyinə giriş əldə edə və məlumatınız olmadan pulunuzu çıxara bilərlər.
Yoxlanılmaış əlavələri yükləməyin, Sifarişçinin tələbi ilə qısa nömrələrə SMS göndərməyin, bank kartınız barədə heç bir məlumat verməyin, əgər tapşırıq göndərən Sifarişçiyə (Başqa İcraçıların verdiyi rəylərə əsasən) tam etibar etmirsinizsə, şübhəli saytlar və mobil tətbiqlərə bank kartı məlumatlarını daxil etməyin.
Qısaca əsas məqamlardan
- Sifarişçinin hesab ödəmənizi tələb etdikdə diqqətli olun.
- Sifarişçinin tələbi ilə cihazınızda şübhəli proqramları və əlavələri quraşdırmayın.
- Sifarişçi barədə rəyləri yoxlayın.
Bu sadə qaydalara riayət edin və özünüzü və pulunuzu fırıldaqçılardan qoruyacaqsınız.