AZDO xidmətlərinin göstərilməsi haqda müqavilə bağlanilmasi təklifi

Bu sənəd, Cusperco MMC-nin (bundan sonra "Şirkət") azdo.az veb saytını ziyarət edən fiziki şəxslərə, internet istifadəçilərinə (bundan sonra "İstifadəçilər") aşağıdakı şərtlər əsasında xidmətlərin göstərilməsi (bundan sonra "Təklif") barədə çərçivə müqaviləsi (bundan sonra "Müqavilə") bağlamaq təklifidir.

Bu ictimai təklifdə aşağıdakı terminlər və anlayışlardan istifadə olunur:

  • "Xidmət" - azdo.az saytında yerləşdirilmiş, veb sayt formasında elektron xidmət;
  • "Şəxsi kabinet" - istifadəçinin Xidmət çərçivəsində şəxsi səhifəsi;
  • "Hesab" - Şəxsi kabinetə daxil olmaq üçün unikal identifikator və şifrə.
  1. Müqavilənin mövzusu

    1. Müqavilə, Şirkətin azdo.az saytında və / və ya Şirkət tərəfindən xidmətlərin təqdim edildiyi digər saytlarda (bundan sonra "Sayt") reklam və informasiya texnologiyaları xidmətlərinin göstərilməsi zamanı Şirkət və İstifadəçilər arasında yaranan münasibət şərtlərini müəyyən edir.
    2. Bağlanan Müqavilə özündə açıq şərtlərlə bağlanmış anlaşmanı ehtiva edir. Saytda xidmətlərin göstərilməsi üzrə hər bir əməliyyatın mühüm şərtləri Saytın veb-interfeysinin - İstifadəçiyə xidmət və onun parametrlərini seçmək imkanı tanıyan vasitənin - köməyilə İstifadəçi üçün fərdi əsasda onlayn olaraq formalaşır.
  2. Müqavilənin bağlanması

    1. Bu Təklif, İstifadəçinin Xidmətdən istifadə Şərtləri ilə müəyyən edilmiş qaydada Saytdakı Şəxsi hesabına girişi tamamladığı andan etibarən İstifadəçi tərəfdən qəbul edilmiş hesab olunur.
    2. Şirkət və İstifadəçi arasındakı müqavilə, İstifadəçiyə fərdi hesaba giriş imkanı verildiyi andan etibarən bağlanmış hesab edilir. Müqavilə yalnız aktiv fiziki şəxs olan İstifadəçi ilə bağlana bilər, əks halda Müqavilə etibarsız sayılır.
    3. Şirkət, istifadəçiyə səbəbini izah etmədən Müqavilənin bağlanmasından imtina etmək hüququna malikdir.
  3. Xidmətlərin göstərilməsi şərtləri

    1. Müqavilə çərçivəsində icra edilən fərdi əməliyyatların mövzusu hesab edilən reklam və ya informasiya texnologiyaları xarakterli xidmətlər (bundan sonra "Xidmətlər") özündə Saytın ödəniş qarşılığında və və müstəsna olaraq xidmət Qaydaları çərçivəsində təklif olunan əlavə funksional imkanlarını (Xidmətlərdən istifadə qaydaları (bundan sonra "Xidmət qaydaları) ilə tənzimlənən əsas funksiyalarla yanaşı) ehtiva edir. Xidmətlər Azərbaycan ərazisində göstərilir.
    2. İstifadəçinin Şirkətin Xidmətlərini əldə etməsi şərtlərinə həmin xidmətlər üçün ödənişin edilməsi və İstifadəçi tərəfindən aşağıdakı sənədlərdə, habelə Saytın interfeysində (bundan sonra - "Qaydalar") təqdim olunmuş təlimat və izahatlarla müəyyən edilmiş qaydalara (bundan sonra "Qaydalar" əməl edilməsi aiddir.

      1. Saytda azdo.az/documents/terms-of-use ünvanında yerləşdirilmiş Xidmətdən istifadə qaydaları (bundan sonra - "Xidmət qaydaları");
      2. Saytın azdo.az/documents/bonuses-rules ünvanında yerləşdirilən bonusların hesablanması və istifadəsi qaydaları.
    3. İstifadəçinin Müqavilə çərçivəsində etdiyi hər bir konkret Xidmət sifarişi İstifadəçi və Şirkət arasında müstəqil bir əməliyyatdır. Müqavilə, Saytda təqdim olunan və sifariş üçün keçərli olan və İstifadəçinin Saytın bu və ya digər xidmətinə müraciəti zamanı etdiyi ödənişə görə bağlana bilər.
    4. Sifariş üzrə ödəniş, İstifadəçinin tərəflərin razılaşdığı şərtlər üzrə anlaşmanın bağlanması təklifini qəbul etməsi anlamına gəlir. Sifariş onlayn rejimdə təsdiqlənir.
    5. İstifadəçi razılaşır ki, Saytda müəyyən hərəkətlərin icra edilməsi faktı, o cümlədən peşəkar texniki vasitələrdən istifadə, autoyükləmə, Sayt interfeysinin elementləri vasitəsilə əmrlərin yerinə yetirilməsi (düymələrə basma, hər hansı digər aktiv elementlərə klikləmə), ödənişlərin həyata keçirilməsi və digər bu kimi hərəkətlər, İstifadəçinin Saytda göstərilən Xidmət parametrləri və onların qiymətinə uyğun olaraq xidmətləri əldə etmək üçün konkret bir əməliyyatı icra etmək iradəsinin ifadəsidir.
    6. Şirkətin İstifadəçinin sifarişlərinə uyğun olaraq Xidmətləri təqdim etmək öhdəlikləri İstifadəçinin Qaydalara riayət və Xidmətlərə görə ödəniş etmək öhdəliyi ilə qarşılıqlı əlaqəlidir. İstifadəçinin bu öhdəlikləri yerinə yetirməməsi halında, Şirkət, Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş hüquqları əsasında Xidmətləri dayandıra və ya onlardan imtina edə bilər.
    7. Şirkət, digər tərəfdən, İstifadəçilərin onlar üçün təyin edilmiş qaydalara riayət etmələri ilə müəyyən edilən xidmətlərin təqdim edilməsi mümkün olduqda, istifadəçilərə xidmət göstərir.
    8. Şirkətin, İstifadəçilərin öz xidmətləri və bacarıqları barədə reklam yerləşdirmək və digər təkliflər üzrə fərdi ehtiyaclarını qarşılamaq məqsədilə etdiyi təkliflərin xarakterinə görə, Müqavilə çərçivəsində, əgər Xidmətin göstərilməsi Qaydalara, o cümlədən onun mövzusuna, kateqoriyasına, siyasətinə və s. uyğun deyilsə, Şirkət ona müraciət edən hər kəsə Xidmət göstərmək öhdəliyini öz üzərinə götürmür və İstifadəçiyə Xidmət göstərməkdən imtina edə bilər.
    9. Konkret xidmətlərin təqdim edilməsi şərtləri, o cümlədən onların qiyməti, məzmunu, həcmi və müddəti Saytdakı müvafiq şərtlərlə müəyyən edilir.
    10. Saytdakı bəzi Xidmətlər yalnız müəyyən İstifadəçi kateqoriyasına aid ola bilər, bu halda, müvafiq məlumatlar birbaşa Saytda yerləşdirilir.
    11. Saytda təqdim edilən xidmətlər dəyişdirilən, artırılan, yenilənə bilən olduğuna görə, onlardan istifadə "oluğu kimi" rejimdə təklif edilir, yəni Şirkətin onları İstifadəçinin sifarişi Saytın interfeysində tamamlandığı anda təqdim etdiyi forma və həcmdə.
    12. Şirkətin İstifadəçinin saytdakı şəxsi hesabında göstərilən əlaqə məlumatlarına Xidmətlərin göstərilməsi statusu, xidmət müddətinin uzadılması yolları və digər məlumat bildirişləri də daxil olmaqla, bu Müqavilə və ya bu Müqavilə çərçivəsində icra edilmiş istənilən əməliyyatla bağlı bildiriş göndərmək hüququ var.
    13. İstifadəçi xidmətlərdən istifadə edərkən, Azərbaycan qanunvericiliyinə, Müqavilənin müddəalarına, Saytdan sifariş edilən Xidmətlərin təqdim etdiyi şərtlərə, Qaydalara və saytın interfeysində təqdim olunmuş təlimatlara riayət etməyi öz öhdəsinə götürür.
    14. İstifadəçinin Saytda Xidmətlərin göstərilməsinə dair Şirkətə sorğu və digər müraciətlər göndərməsi halında, İstifadəçinin Müqavilə tərəfi kimi müəyyən edilməsi üçün zəruri olan məlumat və sənədlər Şirkətin tələbi əsasında İstifadəçi tərəfindən təqdim edilməlidir. Bundan əlavə, Şirkət, İstifadəçinin Saytdakı şəxsi kabinetində təqdim etdiyi rekvizitləri Müqavilədəki ödəyici rekvizitləri ilə tutuşdurmaq yolu ilə İstifadəçinin Müqavilə tərəfi olub-olmamasını təkbaşına yoxlamaq hüququna malikdir.
    15. İstifadəçi hesabından həyata keçirilən əməliyyatlar, tərəflər tərəfindən istifadəçinin sadə elektron imza gücünə malik əməliyyatları kimi tanınır.
  4. Xidmətin dəyəri və ödəniş qaydası

    1. Müqavilə çərçivəsində əməliyyat icra etməklə İstifadəçi tərəfindən seçilən Xidmətin dəyəri onun xüsusiyyətlərinə (Xidmət növü, Xidmət paketinin tərkibi və digər parametrlər) əsasən müəyyən edilir və sifarişin təsdiqi zamanı Saytdakı istifadəçi interfeysi vasitəsilə istifadəçiyə manatla göndərilir. Qiymətə mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada ƏDV daxildir. Xidmətlərə görə ödəniş, ödəmə anında şirkətin müəyyən etdiyi qiymətlərlə həyata keçirilir.
    2. İstifadəçi Xidmət ödənişini ödəmə zamanı Saytın interfeysində təqdim olunan üsullardan biri ilə, o cümlədən əvvəlcədən köçürülmüş avans və bonusların hesablanması və istifadə qaydalarına uyğun olaraq bonus xalları hesabına ödəyə bilər.
    3. Şəxsi kabinetdəki xüsusi bölmə (bundan sonra “Pul kisəsi”) vasitəsilə Şirkət İstifadəçiyə onun tərəfindən yerinə yetirilmiş bütün ödənişlər və Saytda mövcud olan avans haqqında məlumatlar təqdim edir. Pul kisəsi istifadəçi tərəfindən avans kimi daxil edilən, gələcəkdə Şirkətdən sifariş edilən Xidmətlərin ödənişi üçün istifadə edilə biləcək vəsaitlər; İstifadəçinin bonusların hesablanması və istifadə qaydalarına uyğun olaraq hesablanmış bonus xallarının toplanması, eləcə də digər, Şirkətin məlumat xidmətləri, o cümlədən, İstifadəçi tərəfindən Şirkətin Xidmətlər hesabına daxil edilən ödənişlər və İstifadəçinin Şirkətin Xidmətləri üçün ödəniş əməliyyatları barədə məlumatların təqdim edilməsi üçün nəzərdə tutulub.
    4. Gələcək Xidmət sifarişləri üçün ödəniş etmək məqsədilə İstifadəçi Saytdakı təlimatlara uyğun olaraq istənilən məbləği Şirkətin hesabına köçürə bilər. Bu cür avans ödənişlərinin daxil olması İstifadəçinin Pul kisəsinin balansında göstərilir.
    5. Əvvəlcədən daxil edilmiş, istifadəçinin Pul kisəsində əks etdirilən avans vasitəsilə ödəniş zamanı, Xidmətlərin göstərilməsi şərtlərinin istifadəsinə icazə verdiyi bütün endirimlər nəzərə alınaraq müvafiq məbləğ Pul kisəsindən çıxılır. Eyni zamanda, bu cür ödəniş, yalnız İstifadəçinin Pul kisəsinin balansındakı məbləğ İstifadəçinin sifariş etdiyi Xidmətlərin ümumi dəyərinə bərabər olduqda və ya ondan yüksək olduqda mümkündür.
    6. Həvəsləndirici tədbirlər çərçivəsində və ya digər hallarda, şirkətin yekdil qərarı ilə İstifadəçiyə bonus xalı verilə bilər. Bonus xallarının hesablanması və istifadəsi Saytın azdo.az/documents/bonuses-rules ünvanında yerləşdirilən bonusların hesablanması və istifadəsi qaydalarına uyğun olaraq həyata keçirilir. Belə stimullaşdırıcı tədbirlərin keçirilməsi şərtləri Saytın interfeysi vasitəsilə İstifadəçilərə çatdırılır.
    7. Saytda İstifadəçiyə Xidmətlərin təqdim edilməsi və onların həcmi, Şirkətin mühasibat sisteminin statistik məlumatları əsasında müəyyən edilir.
    8. İstifadəçiyə göstərilən Xidmətlərə görə alınan pul vəsaitləri geri qaytarılmır.
    9. Ödənişlər (mesajlar, bildirişlər də daxil olmaqla) haqqında uzaq rabitə kanalları və ya Saytın interfeysi vasitəsilə hər hansı bir məlumatın alınmasına İstifadəçi məsuliyyət daşıyır. Rabitə sistemlərinin işləməməsi, provayderlərin və telekommunikasiya operatorlarının fəaliyyəti/faəliyyətsizliyi nəticəsində məlumatın gecikməsi və ya İstifadəçi tərəfindən alınmamasına, İstifadəçinin fərdi hesaba girişi itirməsi və ya digər bu kimi Şirkətin nəzarətindən kənar hallara görə Şirkət məsuliyyət daşımır.
    10. İstifadəçi Şəxsi kabinetdə göstərilən İstifadəçi məlumatlarının düzgünlüyünə görə məsuliyyət daşıyır.
  5. Məsuliyyət

    1. Şirkət, Xidmətlərin düzgün təmin edilməsi üçün bütün səyləri göstərməyi öz öhdəsinə götürür, lakin İstifadəçi aşağıdakı səbəblərə görə Xidmətdən istifadə edə bilmədikdə, Şirkət buna görə məsuliyyət daşımır və İstifadəçinin zərərlərini qarşılamır:

      • xidmətlərdən istifadəni təmin edən ümumi ictimai rabitə kanallarının texnoloji nasazlıqları, İstifadəçinin İnternetə hər hansı bir səbəbdən daxil ola bilməməsi, səhvlər, ehmallar, əməliyyat və ya məlumat kəsintiləri, kommunikasiya xətlərinin qüsurları və digər texniki çatışmazlıqlar;
      • üçüncü şəxslərin (hakerlər də daxil olmaqla) Saytın işinə icazəsiz müdaxiləsi, DDoS hücumları, virus proqramlarının təsiri və Saytın işindəki digər pozuntular;
      • İstifadəçinin Şəxsi kabinetə giriş məlumatlarını itirməsi, o cümlədən ondan icazəsiz istifadə əlamətlərinin aşkarlanması;
      • fors major kimi müəyyən edilən hallar.
    2. Şirkətin günahı səbəbindən İstifadəçiyə zərər dəydikdə, məsuliyyət müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. Şirkətin İstifadəçi qarşısındakı məsuliyyəti İstifadəçinin sifariş etdiyi və ödədiyi, lakin şirkətin təqsiri üzündən əldə edilməyən Xidmətin məbləğini aşmayan bir məbləğdə; İstifadəçinin şirkətin təqsiri üzündən Pul kisəsi balansındakı məbləğin bir hissəsini və ya hamısını itirməsi halında isə İstifadəçinin zərərlə üzləşdiyi vaxt Pul kisəsinin balansında olan məbləği aşmayan bir məbləğdə müəyyən edilir.
    3. Şirkət, İstifadəçinin Şirkətin günahı olmadan, həmçinin İstifadəçi Qaydalarını pozması nəticəsində çəkdiyi zərərlərə görə İstifadəçi qarşısında məsuliyyət daşımır.
    4. İstifadəçi məlumatlandırılıb və razılaşır ki, Xidmət göstərilməsinə görə ödənişlərin qəbulu əməliyyatları da daxil olmaqla, əməliyyatların bir hissəsinə (göstərilənlərlə məhdudlaşmadan) Şirkət tərəfindən şəxsən və ya üçüncü şəxslər tərəfindən nəzarət edilmir və onlar izlənilmir , Şirkət İstifadəçinin pul vəsaitlərinin Xidmətlər üçün ödəniş balansına köçürülməsi və/və ya daxil olmasına məsuliyyət daşımır. İstifadəçi tərəfindən seçilən ödəniş metodlarının təhlükəsizlik, məxfilik, eləcə də digər şərtləri İstifadəçi və müvafiq təşkilatlar arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
    5. Şirkət, İstifadəçinin Şirkətin günahı olmadan, həmçinin İstifadəçi Qaydalarını pozması nəticəsində çəkdiyi zərərlərə görə İstifadəçi qarşısında məsuliyyət daşımır.
    6. Hesabın oğurlanması / itirilməsi halında, şəxsi hesaba və / və ya xidmətlərə daxil olmaq üçün lazımi şifrə dəyişmə tədbirlərini İstifadəçi özü görür. Üçüncü şəxslərin İstifadəçinin Hesabının oğurlanması / itirilməsinə səbəb olan hərəkətlərinə, habelə İstifadəçinin Şəxsi kabinetinə üçüncü şəxslərin icazəsiz girişi səbəbindən yaranan hər hansı bir xərc, ziyan və / və ya itirilmiş mənfəətə görə Şirkət məsuliyyət daşımır.
    7. Şirkət, Saytdakı xidmətlərin İstifadəçinin gözləntiləri ilə üst-üstə düşməsinə və İstifadəçinin yerləşdiridiyi təkliflərə görə digər İstifadəçilərdən geridönüşlər almasına zəmanət vermir.
  6. İddialara baxılması

    1. Bütün mübahisələr və fikir ayrılıqları məhkəmə müstəvisinə çıxarılmadan öncə danışıqlar yolu ilə həll edilir.
    2. Bu Müqaviləyə əsasən, məhkəmə tərəfindən həll edilə bilməyən mübahisələr Bakı Arbitraj Məhkəməsinə göndərilməlidir və əgər mübahisəyə baxılması arbitraj məhkəməsinin səlahiyyətində deyilsə, o, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq digər məhkəmələrə yönəldilməlidir.
  7. Digər şərtlər

    1. Müqavilə, Təklifin 2-ci hissəsində göstərilmiş qaydada, bağlandığı vaxtdan qüvvəyə minir və qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyəti dayandırılmayınca qeyri-məhdud müddətə qüvvədədir.
    2. Şirkət, tətbiq olunan qanunun icazə verdiyi dərəcədə Təklif şərtlərini dəyişdirmək və / və ya əlavə etmək, həmçinin Təklifi istənilən vaxt geri götürmək hüququna malikdir. Təklifin dəyişdirilməsi tarixi onun yeni versiyasının Saytda dərc olunması tarixi ilə eynidir. İstifadəçi, Təklifin Sayta yerləşdirilmiş cari versiyası və Müqavilə bağlanana və əməliyyatlar tamamlanana qədər bütün əməliyyat şərtləri ilə tanış olmalıdır.
    3. Təklifə edilən dəyişikliklər qüvvəyə mindikdən sonra Xidmətlərin sifarişi və İstifadəçi tərəfindən Müqavilə çərçivəsində əməliyyatların aparılması, tərəflərin Müqaviləyə edilmiş müvafiq dəyişikliklər və / və ya əlavələr barədə razılığa gəlməsi anlamına gəlir. Müqaviləyə edilən bu cür dəyişikliklər, İstifadəçi tərəfindən Təklifdəki dəyişikliklər qüvvəyə minməzdən əvvəl edilmiş və haqqı ödənilmiş Sifarişlərə şamil olunmur.
    4. Şirkət, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və Saytın interfeysi, e-poçt və ya digər vasitələrlə İstifadəçini bu barədə məlumatlandırmaqla Müqaviləyə xitam vermək hüququna malikdir.
    5. İstifadəçi, Saytın interfeysində göstərilən e-poçt ünvanı vasitəsilə şirkətə xəbərdarlıq etməklə, müvafiq qanunda nəzərdə tutulmuş qaydada Müqaviləni ləğv etmək hüququna malikdir.
    6. Müqavilənin qüvvədən düşməsi ilə Şirkət, istifadə olunmamış pul qalığını İstifadəçiyə təqdim edilən bonus balları nəzərə alınmadan, Pul kisəsi balansındakı məbləğ həcmində geri qaytarır.
    7. Gələcək Xidmətlərə görə avans şəklində əvvəlcədən təqdim olunan, istifadə olunmamış pul qalığının İstifadəçiyə qaytarılması, Şirkət tərəfindən yaradılan formaya, avans ödənişinin həyata keçirildiyi ödəniş üsuluna (ödəmə sisteminə) uyğun olaraq istifadəçinin yazılı müraciəti əsasında həyata keçirilir; bu ödəniş üsulunu (ödəmə sistemini) istifadə etmək mümkün olmadıqda, pul vəsaitinin qaytarılması üçün Şirkət tərəfindən müəyyənləşdirilmiş başqa bir üsul tətbiq olunur.
    8. İstifadəçinin Pul Kisəsindəki istifadə olunmayan pul vəsaitinin qalığının qaytarılması barədə müraciəti zamanı İstifadəçi Şirkətin tələbinə əsasən Saytın interfeysində göstərilən hərəkətləri yerinə yetirərək (İstifadəçinin Şəxsi kabinetində göstərilən elektron poçt ünvanından ərizə göndərmək, müraciət zamanı Şəxsi kabinetdə göstərilmiş və Saytın Qaydaları ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş telefon nömrəsindən istifadə etmək və s.) özünü Müqavilənin tərəfi kimi təsdiqləməli, həmçinin lazımi sənədləri və məlumatları ( o cümlədən, İstifadəçinin identifikasiyası üçün tələb olunan sənədlər, İstifadəçi tərəfindən ödənişlərin edilməsi faktını təsdiq edən sənədlər və s.) təqdim etməlidir.
    9. Müqavilə, İstifadəçi ilə Şirkət arasında onun mövzusu ilə əlaqədar razılaşdırılmış bütün şərtləri ehtiva edir və İstifadəçi və Şirkət tərəfindən digəri birbaşa razılaşdırılmadığı müddətcə, mövzu ilə əlaqədar İstifadəçi ilə Şirkət arasında əldə edilmiş bütün əvvəlki sövdələşmələr, təminatlar və bütün növ razılaşmaları əvəz edir.
  8. Təklifə əlavələr

    1. Xidmətdən istifadə şərtləri;
    2. Bonusların hesablanması və istifadəsi qaydaları;
    3. İstifadəçilərin şəxsi məlumatlarının emalı siyasəti.
  9. Şirkətin rekvizitləri

    Məhdud Məsuliyyətli Cəmiyyəti Cusperco
    Dövlət qeydiyyat nömrəsi: 1504360601

Bloklanmanın səbəbi: / Bloklanma müddəti: qədər