AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

İcraçı necə olmalı

AZDO-da İcraçı olmaq üçün servisdə qeydiyyatdan keçərək, İcraçının şəxsiyyətinin təsdiqlənməsi prosedurundan keçməlisiniz.

Şəxsiyyətinizin təsdiqlənməsini müvəffəqiyyətlə və tez bir şəkildə tamamlamaq üçün aşağıdakı addımlardan keçməlisiniz:

  1. İstifadəçi razılaşmasıServis qaydaları ilə diqqətlə tanış olun və səhifənin alt hissəsində “İcraçı olmaq” düyməsinə keçid edin.

Unutmayın ki: Yalnız yetkinlik yaşına çatmış istifadəçilər İcraçı xidmətindən istifadə edə bilərlər. “İcraçı olmaq” düyməsini görmədiyiniz halda siz hələ də İcraçı deyilsiniz, o zaman dəstək xidmətinə müraciət edin.

3.AZDO-da səmərəli işləməyin qaydalarını bilmək üçün online testdən keçin. Testdən əvvəl Sizə bütün lazımi məlumat materiallarına istinadlar göstəriləcək.

4. “İcraçının anketi” bölməsində bütün vacib xanaları doldurun. Göndərilən məlumat AZDO əməkdaşı tərəfindən yoxlanılacaq, bu səbəbdən məlumatların dəqiq olmasına diqqət yetirin. İstənilən vacib xana boş qalarsa, sistem Sizə bu haqda xəbərdarlıq edəcək.

5. İcraçının ərizə formasını doldurandan sonra Sizə profiliniz göstəriləcək. Profilinizin görünüşü nə qədər dolğun və cəlb edici olarsa, bir o qədər çox sifarişçi Sizi seçəcək! Profilinizin mükəmməl olması üçün, mütləq vaxt ayırıb onu qaydaya salın.

Profil parametrləri barədə ətraflı məlumat:

a) Profilinzdəki bütün boş xanaları ətraflı şəkildə doldurun.

b) Portfolio bölməsinə yerinə yetirdiyiniz ən yaxşı işlərinizin yükləyin.

c) Bacarıqlarınız və hobbiniz barədə məlumat verin, Sifarişçinin diqqətini cəlb etməyə çalışın.

6. Tapşırıqları dərhal yerinə yetirməyə başlaya bilərsiniz!

7. Biz, təqdim etdiyiniz məlumatları yoxlayıb Sizə AZDO İcraçısı statusunun təyin edilməsi barədə yekun qərarı verəcəyik. Nəticələri gözləyin: Şəxsiyyətinizin təsdiqi zamanı qeyd etdiyiniz telefon nömrəsini dəyişməyin, əlaqədə qalın və ehtimal edilən zəng barədə səlahiyyətli şəxsə xəbər verin. Yoxlama prosesi 5 iş günü çəkə bilər.

AZDO bütün yeni İcraçılara seçilmiş kateqoriyadan tapşırıqlara pulsuz giriş imkanını hədiyyə edir. Şəxsiyyətiniz təstiq edildikdən dərhal sonra pulsuz abonementi əldə edə bilərsiniz. Müvafiq link Sizə AZDO-nun daxili çat vasitəsilə göndəriləcək.