Portfolio nədir və nə üçün lazımdır?
Portfolio – sizin vizit kartınızdır. Onun əsas məqsədi potensial Sifarişçiyə Sizin köməyiniz olmadıqda işi görə bilməyəcəyini sübut etməkdir. Sifarişçiyə, Sizi seçməyə kömək edəcək vasitə məhz portfoliodur.
Portfolionu necə tərtib etməli üçün faydalı məsləhətlər:
Portfolionuzu yaradarkən, Sifarişçiyə təklif etdiyiniz hər hansl xidmət üzrə işlərinizin nümünələrini təqdim etməlisiniz.
Ən yaxşı işlərinizlə yanaşı portfolionuza həmçinin özünüz üçün adi olan səviyyədə yerinə yetirdiyiniz layihələri də daxil etməyinizi tövsiyə edirik. Əks halda Sifarişçinin sizinlə bağlı daha yüksək gözləntiləri formalaşa bilər.
Müəyyən qiymət diapazonunda olan xidmətləri təklif edərkən qiymətləri endirməyə çalışmayın. Sifarişçi müvafiq miqdarda pul ödəmək istəmədiyi halda, Sizin işinizi də qiymətləndirə bilməyəcək.
Üzərinizə götürdüyünüz öhdəlikləri hər zaman yerinə yetirin. Sözünün üstündə duran bir insan olun və sifarişçilər Sizə daha yüksək dəyər verəcək.
Portfolioların növləri və xüsusiyyətləri:
Fotoqraf portfoliosu müxtəlif janrlarda çəkilmiş şəkillərin nümunələri, müsabiqələrdə mükafata layiq görülmüş işlər, və ya sadəcə müxtəlif resurslarda çoxlu layk qazanmış şəkillərdən ibarətdir.
Dizayner portfoliosu mütəxəssisin hər xidmət növü üzrə, o cümlədən sayt dizaynı, firma üslubunun yaradılması, xarici reklamın dizaynı və s. kimi ən yaxşı işlərindən ibarət olmalıdır.
Kurs, repetitorluq və ya treninq xidmətləri təklif edən müəllim və ya məşqçinin portfoliosu master-klasslardan müxtəlif video və audio parçalar; mütəxəssislərin, dinləyicilərin və müştərilərin rəyləri, peşəkar mükafatlar haqqında məlumat, nailiyyətlər və elmi adlardan ibarət olmalıdır.
Azdo servisində, demək olar ki, hər kateqoriya üçün portfolio hazırlaya bilərsiniz. Həmin portfolio Sizə özünüz haqqınızda peşəkar kimi danışmaqda, Sifarişçi isə seçimini məhz sizin xeyrinizə etməsində köməkçi olacaq.