AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

İcraçılarla iş mübadiləsi

İcraçının tapşırıq üzrə seçimi

Saytda tapşırıq yaratdınız və ilk təklifləri  almağa başladınız. Tapşırıq səhifəsinə keçin və İcraçının bütün təkliflərini diqqətlə oxuyun.

Reytinq və rəylərə diqqət yetirin

Seçim zamanı İcraçının reytinqinə və əvvəllər onunla əməkdaşlıq edən digər Sifarişçilərin rəylərinə diqqət yetirin.

Namizədlərlə söhbət edin
Təkliflərdə və ya çatda sizin tapşırığınıza cavab verən İcraçıya istənilən sualı verə bilərsiniz.

İcraçıların profillərini araşdırın

Hər bir istifadəçi səhifəsində fotoşəkil, özü haqqında məlumat, eləcə də təqdim etdiyi xidmətlərin siyahısı var. İcraçının işlədiyi kateqoriyalara diqqət yetirin. Gördüyü işə görə qiymət sırasını göstəribsə, diqqətlə tanış olun. Sizə daha etibarlı görünən İcraçını seçin.
Kiminlə əməkdaşlıq etməyi qərara aldıqdan sonra, "İcraçı seçmək" düyməsinə keçid etməyi unutmayın, bununla da siz həmin İcraçını öz tapşırığınızı icra etmək üçün rəsmi təyin edirsiz.

Bütün İcraçılar servisimizdə şəxsiyyəti təsdiq etmə prosedurundan keçirlər. Tapşırıqlara çıxmazdan əvvəl onların şəxsi məlumatlarını yoxlayırıq və resurs qaydalarına müvafiq olduğunu təyin edirik. Bu səbəbdən İcraçılara servisin qaydaları haqqında qısa bir test keçməyə təklif edirik. Lakin, biz İcraçı seçiminə bir qədər diqqətlə yanaşmağı və tapşırığınızı İcraçıya həvalə etməzdən əvvəl malumatlarla diqqətlə tanış olmağı tövsiyə edirik.

Konkret İcraçıya öz tapşırığınızı necə təklif etməli

Sizə uyğun olan İcraçı tapdığınız halda, ona  müstəqil olaraq sifarişinizi ötürə bilərsiniz. Tapşırığı servisdə yerləşdirin, istifadəçi səhifəsinə daxil olun və "Tapşırıq təklif etmək" düyməsinə keçid edin.