AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Müsahibənin məqsədi və qaydaları

Fərdi müsahibələr tapşırıqların müəyyən kateqoriyalaı üzrə təkliflər vermək üçün nəzərdə tutulub. Bu tip kateqoriyaların formasında müsahibədən keçmə zəruriliyi qeyd ediləcək.

Müsahibədə yalnız əvvəl şəxsiyyət vəsiqəsinin yoxlanmasını keçmiş İcraçılar iştirak edə bilərlər.

Müsahibədən keçmək üçün şəxsi kabinetinizdəki "Müsahibədən keçmə" düyməsininə keçid edin, sonra açılan pəncərədə müsahibə şərtləri ilə tanış olun və "Müsahibəni təyin etmək" düyməsinə keçid edin.

Müsahibəni sizə uyğun bir zamana və istədiyiniz əlaqə kanalı ilə təyin edə bilərsiniz. AZDO əməkdaşı sizinlə əlaqə saxlayıb  müsahibəni aparacaq.

Müsahibələr standart olaraq video əlaqə vasitəsilə aparılır, ona görə də onun mövcudluğunu təmin etməlisiniz. Həmçinin şəxsiyyət vəsiqəniz özünüzdə olmalıdır.

Müsahibə 30 dəqiqədən artıq olmayan zaman çərçivəsində keçirilir. Müsahibə uğurla başa çatdıqda Sizə müvafiq fərqlənmə nişanı və "Təsdiqlənmiş İcraçı" statusu veriləcək.