AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Bonus proqramıı

Bonuslar saytın yuxarı hissəsində, AZDO əsas hesabının balansı yanında yerləşən bonus hesabına mədaxil edilir. Həmçinin İcraçının şəxsi kabinetində "Abunəli" bölməsində  yer alır. Hər bonus bir manata bərabərdir.

Bonuslar aşağıdakı əməliyyatlara görə verilir:

  • welcome bonus"İcraçı" statusu alan yeni istifadəçilərə AZDO tərəfindən verilən salamlama bonusu. Mükafat bonusu 30 bonus balı təşkil edir.
  • Standart bonus - Əldə etdiyiniz abonementlərin və tapşırıqları yerinə yetirmək üçün ödənilən ödənişli təkliflərin dəyərinin 1% -ni təşkil edir
  • servisdəki fəallığa görə dinamik ekstra-bonus
  • 2-ci ay -  standart bonusa +1%
  • 3-cü ay - standart bonusa +3%
  • 4-cü ay -  standart bonusa +5%
  • 5-ci ay -  standart bonusa +7%
  • 6-cı ay və artıq -  standart bonusa +9%

Beləliklə, toplam bonusların maksimum dəyəri əldə edilən abonementlərin və ödənişli təkliflərin dəyərinin 10% -ni təşkil edir.

Ötən ay ərzində AZDO-da 4 və daha artıq reytinqlə, 3 və daha artıq tapşırığı yerinə yetirən istifadəçi dinamik ekstra-bonus əldə edir.

Ay ərzində müvafiq sayda tapşırıq yerinə yetirilmədiyi halda dinamik ekstra- bonus sıfırlanır.

Bonus balları "Dəvət et və Əldə et" proqramı çərçivəsində də qazanıla bilər. Daha ətraflı burada oxuya bilərsiniz "Dəvət et və Əldə et" bölməsinə aktiv istinad

Bonusları nəyə sərf etmək olar

Bonuslar (1 bonus = 1 manat) ödənişli tapşırıqların və abonemetlərin ödənilməsinə xərclənə bilər. Lakin, bu hələ hamısı deyil.

Bəzən AZDO tərəfdaşları tərəfindən keçirilən aksiyalrda, AZDO bonusları müqabilində müxtəlif faydalı mükafatlar əldə edə biləcəksiniz.