Yeni tapşırıqlar haqqında bildirişlərə abunə olmaq
Sifariçilərin AZDO-da dərc etdikləri tapşırıqlardan xəbərdar olmaq üçün, maraqlandıran tapşırıq kateqoriyalarında yeni tapşırıqlara bildirişlərə abunə olmanız gərəkdir.
Bunu etmək üçün şəxsi kabinetinizdəki "Bütün tapşırıqlar" bölməsində "Xəbərdarlıqların tənzimlənməsi" alt bölməsini seçməlisiniz. "Bütün tapşırıqlar" bölməsinə saytın üst hissəsindəki portretinizə keçid edərək açılan menyudan da daxil ola bilərsiniz.
"Xəbərdarlıqların tənzimlənməsi" bölməsində artıq abunə olduğunuz bildirişlərin siyahısını görəcəksiniz. Burada yeni bildirişləri aktiv edə bilərsiniz. Bunu etmək üçün sadəcə maraqlandıran kateqoriyalar və alt kateqoriyaları seçin və "Xəbərdarlıqları aktivləşdir" düyməsinə keçid edin.
Xəbərdarlıqlar daxili çata və e-mail ünvanınıza gələcək.