AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Ödənişlərin Qəbulu Müqaviləsi nədir və Zəmanətli Sövdələşmə üzrə ödənişlər ilə necə əlaqəlidir

Ödənişləin qəbulu müqaviləsinin bağlanması

Zəmanətli Sövdələşmə  ilə tapşırıqları yerinə yetirə bilmək üçün, Icraçı ödəniş tərəfdaşımız PulPal ilə Ödəniş Qəbulu Müqaviləsi bağlamalıdır. Eyni zamanda, müqavilənin bağlanması üçün, sizin VOEN-iniz olmalıdır - həm fərdi sahibkar ola, həmçinin şirkəti təmsil edə bilərsiniz(fiziki və ya hüquqi şəxs).

Ödənişin qəbulu müqaviləsini bağlamaq üçün sayta daxil olub ərizəni təqdim etmək kifayətdir. Ərizə formasında qeyd olunan bütün sənədləri şəxsi hesabınız vasitəsilə əlavə edə bilərsiniz.


Ödənişlərin Qəbulu Müqaviləsi və ya Elektron qaimələrin çatışmazlıqları və bizim həll yolumuzun üstünlükləri

Elektron qaimələr: əlverişsizlik və vaxt itkisi

İcraçılar(frilanserlər) hər bir yerinə yetirilmiş iş üçün elektron qaimələr (hesab-fakturalar) istifadə edərkən tez-tez çətinliklərlə qarşılaşırlar. Bu proses xüsusilə sifarişlərin sayı çox olduqda, ciddi vaxt itkisinə səbəb olur. İcraçılar hər bir işi başa vurduqdan sonra qaimə tərtib edib göndərməli olur, bu da əsas işdən yayındırır və ümumi məhsuldarlığı azaldır.

Bizim həll yolumuz: sadəlik və səmərəlilik

Bizim AZDO.az platformamız daha rahat bir həll təklif edir — ödəniş tərəfdaşımızla Ödənişlərin Qəbulu Müqaviləsi (ÖQM) bağlamaq. Bu icraçıya tapşırıqları yerinə yetirməyə cəmləşməyə imkan verir, eyni zamanda ödəmə tərəfdaşımız bütün qazandıqları vəsaiti toplayır və icraçının hesablaşma hesabına  göndərir.

Üstünlüklər:

  1. Vaxta qənaət: Çoxsaylı fərdi qaimələr tərtib etmək əvəzinə, icraçı vergi bəyannaməsi təqdim edərkən bir ÖQM və əvvəlki hesabat dövründən cari dövrə qədər olan bütün işlərin hesabatını əlavə edir. Bu, bürokratik yükü əhəmiyyətli dərəcədə azaldır.
  2. Vergi orqanları üçün tam şəffaflıq: Dövlət Vergi Xidməti hesabatın təsdiqlənməsi üçün bütün lazımi məlumatları alır, bu da səhvlərin ehtimalını azaldır və təqdimetmə prosesini asanlaşdırır.
  3. Artan məhsuldarlıq: Qənaət edilən vaxt sifarişlərin sayını artırmağa və ya istirahət etməyə sərf edilə bilər ki, bu da nəticədə icraçının ümumi gəlirini artırır.

ÖQM bağlamaq üçün fiziki şəxslərə tələb olunur: şəxsiyyət vəsiqəsi, VÖEN şəhadətnaməsi və bank rekvizitləri. Hüquqi şəxslərə tələb olunur: icraçının şəxsiyyət vəsiqəsi, direktorun şəxsiyyət vəsiqəsi, təsisçilərin direktoru təyin etmə əmri, dövlət reyestrindən çıxarış, bank rekvizitləri və VÖEN şəhadətnaməsi.