AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Profilin görünüşü yaxşı olması və onu qaydaya salması üçün nə etməli

Profil Sizin vizit kartınızdır. Özünüz, bacarıqlarınız və güclü tərəfləriniz barədə nə qədər ətraflı və inandırıcı danışsanız, Sifarişçilər öz tapşırıqlarını Sizə bir o qədər də etibar edəcəklər. Bu da, öz növbəsində, gəlirlərinizi sürətlə artıracaq.

Özünüz haqqında danışın

Sifarişçilər, özü haqqında məlumatı paylaşmayan İcraçılara etibar etmirlər. Sifarişçini maraqlandırmaq üçün:

iş təcrübənizi və peşəkar bacarıqlarınızı ətraflı təsvir edin.

  • peşəkar alət, diplom və sertifikatların mövcudluğu, və həmçinin təhsiliniz barədə məlumat verin.
  • müsbət keyfiyyətlərinizi sadalayın.
  • Sifarişçinin Sizi öz tapşırığın İcraçısı seçəcəyi təqdirdə əldə edəcəyi bütün üstünlükləri təsvir edin.

Diqqət! Profildə əlaqə məlumatları yerləşdirmək qəti qadağandır, o cümlədən telefon nömrəsi, e-poçt, və üçüncü tərəf saytlarına keçidləri. Buna görə İcraçı öz statusundan məhrum edilə və ya bloklana bilər.

Xidmətlərin qiymətini göstərin

Sifarişçilərə xidmətlərinizin qiymətini araşdırmağı asanlaşdırmaq üçün öz qiymət siyahınızı yaradın. Göstərdiyiniz bütün xidmətləri sadalayın. İşinizin saat üzrə orta qiyməti göstərdiyinizə əmin olun.

Portfolionuzu əlavə edin

İcraçının ideal profilinin digər çox vacib hissəsi portfoliodur. İstənilən kateqoriyaya aid olan İcraçının öz portfoliosu ola bilər:

  • Ustasınızsa, işinizi əks etdirən şəkilləri yükləyin.
  • Promouter: iş prosesində çəkdiyiniz şəkilləri əlavə edin.
  • Mənzillərin təmizlənməsi üzrə ixtisaslaşırsınız? İşinizin nəticəsini “əvvəl” və “sonra” formatında çəkilmiş şəkillərlə göstərin.
  • Çatdırılma ilə məşğulsunuzsa avtomobil və ya velosipedlə apardığınız ağır yük və ya gözəl gül dəstəsini əks etdirən şəkillərini əlavə edin.

Biz, rəngarəng portfolio sayəsində İcraçı seçilməyiniz ehtimalı 30% artacağına zəmanət veririk!

Tapşırıq kateqoriyalarına abunə olun

Yerinə yetirmək üçün maraqlı olacaq tapşırıqların kateqoriyalarını seçdiyinizə və onlara abunə olduğunuza əmin olun. Göstərilən kateqoriyalara əlavə olunan bütün yeni sifarişlər barədə Sizə məlumat veriləcəkdir. Yalnız tapşırıqları keyfiyyətli yerinə yetirə biləcəyiniz kateqoriyaları qeyd etmək vacibdir!

İcraçının Anketində göstərilən bəzi məlumatlar profilinizdə görünmürsə, çox güman ki, o, yoxlanılır. Yoxlama beş gün ərzində aparılır. Yoxlamanın nəticəsini gözləməyinizi xahiş edirik.

Profilinizdəki məlumata istənilən vaxt düzəliş edə bilərsiniz.