AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Sifarişçilərə tövsiyələr

Fırıldaqçılara rast gəlməmək və servisdə yalnız etibarlı İcraçıları seçməyə imkan verəcək vacib tövsiyələr.

İcraçının profilini araşdırın

  • Təsdiq edilmiş pasport məlumatları
    AZDO-da iki növ İcraçı mövcuddur: yoxlanılmış və yoxlanılmamış. Yoxlanılmış İcraçı öz şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsiyyətini onlayn şəkildə təsdiq etmiş şəxs hesab edilir. Azdo, şəxsiyyət vəsiqənin məlumatlarının doğru olduğunu, İcraçının isə axtarılan cinayətkarların bazasında olmadığını təsdiq edir. Yoxlanılmamış İcraçıların profillərində yalnız qeyd olunmuş şəxsi əlaqə məlumatlar, o cümlədən telefon nömrəsi, e-poçt və sosial şəbəkələrdə səhifələr yoxlanılır. İstənilən maddi dəyərlərin ötürülməsi zamanı hər iki növ İcraçıların şəxsiyyət vəsiqələrin məlumatlarını mütləq yoxlamağı artıq dərəcədə xahiş edirik.

  • Rəylər
    İcraçı haqqında müsbət rəylər nə qədər çox olsa onun keyfiyyətli xidmət göstərilməsi ehtimalı da bir o qədər yüksək ola bilər. O səbəbdən tapşırığı ona etibar etmək olar. Digər Sifarişçilərin İcraçı haqqında yazdıqlarını nəzərə alın, xüsusən də ona pul və ya maddi dəyərləri təqdim etdiyiniz hallarda.

  • Fərqlənmə nişanları
    Azdo aktiv İcraçılara servisdə müxtəlif nailiyyətlərə görə nişanlar verir. Bu cür nişanlar və fərqlənmə nişanları İcraçıların profilində görünür və istənilən zaman onları yoxlanıla bilər.

  • Servisdə qeydiyyat tarixi
    İcraçı servisdə nə qədər tez qeydiyyatdan keçibsə, servisin qaydalarını bir o qədər də yaxşı biləcək. Eyni zamanda, bu, Sifarişçilərlə ünsiyyəti daha tez qurmaq və etibarlılıq səviyyəsini artırmağa imkan yaradacaq. Həmçinin İcraçının profilində onun sosial şəbəkələrdə hesablarını da tapmaq mümkündür.

Sənədləri tərtib edin

İcraçı ilə əməkdaşlıq şərtlərini və razılaşmaların icra prosesini yazılı şəkildə mütamadi olaraq qeydə almağınızı tövsiyə edirik. Müvafiq sənədlərin tərtib edilməsi cəmi bir neçə dəqiqə vaxt ala bilər və mübahisə yarandığı halda haqlı olduğunuzu sübut etməyə kömək edəcək.

İcraçıya pul, mal və ya digər dəyərli əşyalar ötürdükdə ona məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarını qeyd etməklə yanaşı ondan öhdəlik sənədi hazırlamağı tələb edin və həmin sənədi işlər başa çatanadək özünüzdə saxlayın.

Biz, əksər tapşırıqlarda istifadə edə biləcəyiniz sənədlərin şablonlarını hazırlamışıq:

  • Yazılı öhdəliyin nümunəsini yüklə
  • Standart müqavilənin nümunəsini yüklə

Bəzi tapşırıqları yerinə yetirərkən İcraçı ilə şəxsən görüşmədiyinizə görə yazılı öhdəlik tərtib etmək imkanınız olmayacaq. Misal üçün, “A nöqtəsinə gəlib, malları götürmək və onları B nöqtəsinə aparmaq” lazım olduqda. Belə hallarda malları ötürəcək şəxsdən və onu alacaq kuryerinin arasında yazılı öhdəlik tərtib edilməsini tələb edin.

İcraçının şəxsiyyət vəsiqəsini yoxlayın

Sənədləri tərtib etməyə hazır deyilsinizsə, əməkdaşlığa başlamazdan əvvəl İcraçının şəxsiyyət vəsiqəsinin məlumatlarını yoxlayın. Onun adı və yaşayış yerinin haqqında məlumatları daşıyan səhifənin şəklini çəkin və ya həmin məlumatları özünüzdə qeyd edin.

Tapşırığı yaradarkən əlavə olaraq qeyd edə bilərsiniz ki, İcraçı, zəruri sənədlərin hazırlanması üçün özü ilə şəxsiyyət vəsiqəsini gətirməlidir.

İcraçı sənədləri təqdim etməkdən imtina edirsə, bu, həmin insanla əməkdaşlığınızı bir daha nəzərdən keçirmək üçün işarədir.

Tapşırığı yerinə yetirmək üçün digər insan gəldikdə, əməkdaşlıqdan imtina edin

AZDO İcraçıları xidmətləri şəxsən özləri yerinə yetirir. Onlar, yalnız tapşırığa başlamazdan əvvəl Sifarişçi ilə razılaşaraq özləri yerinə digərlərini göndərə bilərlər.

Tapşırığınızı yerinə yetirmək üçün digər şəxs gəldikdə və İcraçı Sizi bu haqda qabaqcadan xəbərdar etmədikdə, ona, pul, mal və digər dəyərli əşyalarını etibar etməyin. Əməkdaşlıqdan imtina edib dəstək xidməti ilə əlaqə saxlayın, biz isə müvafiq tədbirləri görəcəyik.