AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Tapşırıqlar

Tapşırığı necə yaratmalı

Tapşırıq yaratmaq üçün servisə öz istifadəçı adı və şifrənizlə daxil olun və ya AZDO servisində qeydiyyatdan keçin.

Tapşırığı necə yerləşdirməli

İcraçı tapmaq üçün bir tapşırıq yaradın. Ana səhifədəki sətirdə sifariş etmək istədiyinizi yazın. Məsələn: "Çiçək çatdırmaq".
Sonra cəmi 3 mərhələdən keçin: Tapşırığı öz sözlərinizlə təsvir edin. Sifarişin detallarını və büdcəni müəyyənləşdirin ki, İcraçılar sifarişinizi daha yaxşı başa düşüb dəyərləndirsinlər. "Dərc etmək" düyməsini keçid edin.

Bundan sonra İcraçılar Tapşırıqlarınıza cavab olaraq təklif, qiymət və kontaktlarını qeyd edəcəklər. İcraçıların təkliflərini və profillərini diqqətlə araşdırın, daha ətraflı məlumat və xərcləri müzakirə etmək üçün onunla əlaqə saxlayın.
İcraçını düzgün seçmək üçün tövsiyələrlə tanış olun (istinad).

Əməkdaşlıq barədə razılığa gəldikdən sonra servisdə İcraçını seçdiyinizi göstərin. Tapşırıq tamamlandıqda onu bağlamağı və rəyinizi bildirməyə unutmayın. Bu, gələcəkdə digər istifadəçilərə düzgün qərar qəbul etməyə kömək edəcək.

Tapşırığı necə dəyişdirməli

İcraçını seçməzdən əvvəl şərtləri və qiymətləri dəyişdirə bilərsiniz. Bunun üçün «Tapşırıqlarım» bölməsinə daxil olun və dəyişdirmək istədiyiniz tapşırığı seçin. Sonra "Redaktə" düyməsinə keçid edin və lazımi dəyişiklikləri edin. Dəyişikliklərdən sonra müvafiq düyməyə keçid edərək dəyişiklikləri yadda saxlamağı unutmayın.

Daimi tapşırıq yaratmaq

Tapşırıqların yaradılması və düzəliş edilməsi zamanı uyğun parametr seçməklə müntəzəm tapşırıq yarada bilərsiniz. Tapşırığın müntəzəmliyini təyin edin - gündəlik, həftəlik və müəyyən günlərdə, ilk və sonuncu tapşırığın yerinə yetirilmə tarixini  qeyd edin.

Tapşırıqlar təqvimi

Siz yerləşdirdiyiniz və yerləşdirməyi planladığınız bütün tapşırıqlara daima nəzarət edə bilərsiniz. Bunu etmək üçün şəxsi hesabınızda "Mənim tapşırıqlarım" bölməsini seçməlisiniz.
"Mənim tapşırıqlarım" bölümündə  tapşırıqlarınıza dair gündəlik təqvim mövcuddur, eləcə də iki alt bölməyə bölünmüş tapşırıqlar siyahısı var:
• Aktiv - hazırda yerinə yetirilən tapşırıqlar üçün
• Arxivləşdirilmiş – yerinə yetirilən tapşırıqlar üçün

Siyahıda hər hansı bir tapşırığa keçid edərək həmin tapşırığın detallarını görəcəksiniz.

Tapşırığı necə bağlamaq olar

Tapşırıq tamamlandıqdan sonra avtomatik olaraq bağlanır. İcraçılar onu tapşırıqlar lentində görmürlər və ona öz təkliflərini edə bilməzlər. Əgər tapşırıq sizin üçün aktuallığını itiribsə, onu ləğv edə bilərsiniz.

Tapşırığın tövsiyə olunan qiyməti

AZDO-da hər bir kateqoriyada tapşırıq üçün tövsiyə olunan qiymət var. Tövsiyə olunan minimum qiymətlər bizim servisdə müvəffəqiyyətlə yerinə yetirilmiş tapşırıqların və Azərbaycan xidmət bazarının təhlili nəticəsində müəyyənləşdirilib.
Qeyd edilən məlumatları təhlil edərək müəyyən etdik ki, minimum qiymətdən aşağı olan tapşırıqlar təklifsiz qalır.

Tapşırıqlarınızın qiymətini müəyyən edə bilmədiyiniz halda, tövsiyə olunan qiyməti göstərməyə məsləhət görürük. İcraçılar öz təkliflərini yerləşdirəndən sonra İcraçıların şərtlərini müqayisə edib, hər biri ilə detalları müzakirə edib və xidmətlərin son qiymətini təyin edə bilərsiniz.

Hansı tapşırıqları servisdə yerləşdirmək qadağandır:
Aşağıdakı məqsədləri daşıyan tapşırıqların AZDO-da yerləşdirilməsi qadağandır:

  • kreditlərin verilməsi və alınması, ödəniş sistemlərində hesabların artırılması, pul köçürmələri;
  • istifadəçiləri veb saytlarda və üçüncü tərəfin resurslarında, habelə ona yönəldilmiş tədbirlərə cəlb etmək və ya qeydiyyatdan keçirmək;
  • xidmət və məhsulların, habelə üçüncü şəxslərə məxsus olan xidmətlərin və məhsulların reklamı;
  • saytların statistikasını, sosial şəbəkələrdə abunəçilərin sayını və s. təkmilləşdirmək və ya süni artırmaq məqsədi ilə aldadıcı hərəkətlər;
  • Sosial şəbəkələrdə avtomatik və ya manual dəvətlərin, e-mail-göndərişlərin və s. göndərilməsi;
  • Sifarişçi məhsullarının bölüşdürülməsi və satışında xidmət göstərilməsi;
  • Azərbaycan qanunvericiliyinə, mənəvi-etik normalarına zidd olan tapşırıqlar.

AZDO administrasiyası heç bir səbəb olmadan hər hansı bir tapşırığı silmək hüququna malikdir.