İcraçı seçilmişsinizsə nə etməli
Sifarişçi AZDO-da sizi öz tapşırığının İcraçısı roluna təyin etdiyi halda, siz dərhal elektron poçtla, daxili çatda və SMS şəklində bir bildiriş alacaqsınız. Onu Qaçırmamaq üçün daim əlaqədə qalın!
Siz mümkün qədər tez bir zamanda Sifarişçi ilə telefonla əlaqə saxlayıb tapşırığın həyata keçirilməsi ilə əlaqədar bütün detalları razılaşdırın. Ödəmə qaydasını əvvəlcədən müzakirə edin.
Daha əvvəl işinizdən məmnun olan Sifarişçi sizə telefon yaxud mesaj ilə müraciət edib və siz tapşırığın icrası ilə əlaqədar telefonla və ya mesaj ilə razılığa gəldiyiniz halda, o zaman mütləq AZDO-da işin başlanğıcı haqqında qeyd edin.
Bunu etmək üçün Sifarişçiyə müvafiq tapşırığın şablonunu göndərin və o bir neçə saniyyə ərzində onu sizə həvalə edə biləcək. [Tapşırıq şablonları haqqında ətraflı] Bu olduqca önəmlidir, çünki yalnız rəsmi qəbul edilən tapşırıqlar sizin statistikanızda yer alır. Statistikanız Sifarişçilərin sizi İcraçı roluna təyin etmək qərarlarına mühüm təsir göstərir.
Tapşırığı mümkün qədər yaxşı yerinə yetirmək lazımdır, unutmayın ki, qəbul etdiyiniz tapşırıq keyfiyyətsiz yerinə yetirilsə, ilk növbədə özünüzə zərər vermiş olacaqsınız. Sifarişlərin keyfiyyətsiz yerinə yetirdiyiniz halda İcraçı statusundan və AZDO-da sifariş almaq imkanından məhrum edilə bilərsiz! İcraçı statusunu necə itirmək mümkündür
Sifarişinizi tamamladıqdan sonra, saytda tapşırığı bağlamağa unutmayın. Sifarişçinin işiniz barədə rəy göndərməsinə mütləq diqqət yetirin. Hər bir rəy sizin şəxsi reytinqinizə təsir göstərir. Reytinq nə qədər yüksək olsa, bir o qədər müştərilər tapşırıqlarını sizə etibar edəcəklər və gəliriniz daha da artacaq.