AZDO istifadəçi məlumatlarının emalı və təhlükəsizlik siyasəti
Ümumi müddəalar
AZDO İstifadəçilərinin Məlumatlarının emal və təhlükəsizlik Siyasəti (bundan sonra “Siyasət”) Dövlət Qeydiyyat Nömrəsi 1504360601 olan Cusperco MMC (“Şirkət” və ya “biz”) tərəfindən qəbul olunub və bu şirkət daxilində qüvvədədir.
Bu Siyasətə uyğun olaraq biz, azdo.az saytında qeydə alınmış istifadəçilərin və qeydiyyatdan keçməmiş ziyarətçilərin (bundan sonra «İstifadəçilər» və ya «siz») istənilən cihazdan veb və mobil versiyalar da (bundan sonra «AZDO») daxil olmaqla, sayta girişi və bizimlə kommunikasiyası zamanı verdiyi şəxsi məlumatları emal edir və qoruyuruq.
AZDO-dan istifadə etmək və bizi şəxsi məlumatlarınızla təmin etməklə siz, onların bu Siyasətə uyğun olaraq emalına razılıq vermiş olursunuz.
Əsas anlayışlar
Fərdi məlumatların gizliliyi - şəxsi mlumatlara giriş əldə edən şəxsin bu tələbə əməl etməsi mütləqdir və ondan şəxsi məlumat subyektinin razılığı və digər hüquqi əsaslar olmadan bu məlumatları üçüncü şəxslərə ötürməməsi tələb olunur.
Şəxsi məlumatlar - təyin və ya öncədən təyin edilmiş fiziki şəxslə (şəxsi məlumatların subyekti) birbaşa və ya dolayısı ilə bağlı olan hər hansı bir məlumatdır.
Şəxsi məlumatların emalı - şəxsi məlumatların toplanması, qeydiyyatı, sistemləşdirilməsi, yığılması, saxlanması, yenilənməsi və dəyişdirilməsi, əldə edilməsi, istifadəsi, köçürülməsi (yayılması, təmin edilməsi, istifadəyə açılması), şəxsiyyətləşsizdirilməsi, bloklanması, silinməsi və məhv edilməsi də daxil olmaqla, şəxsi məlumatlarla bağlı istənilən hərəkətin şəxsi məlumatların avtomatlaşdırılmış emalı sistemindən həm istifadə etmək, həm də etməməklə həyata keçirilməsi deməkdir.
İstifadəçi müqaviləsi - AZDO-dan (azdo.az/documents/user-agreement ilə daxil olmaq mümkündür) istifadə zamanı Şirkət və İstifadəçi arasında yaranan münasibətləri tənzimləyən müqavilə və AZDO-nun işini reqlamentləşdirmək və ya Servislərin istifadəsi qaydasını müəyyən etmək üçün AZDO-da yayımlanan digər qaydalar və sənədlər.
Xidmətlər - AZDO istifadəçiləri üçün mövcud olan funksional imkanlar, xidmətlər və alətlər.
Emal etdiyimiz məlumatlar
Bizə aşağıdakılar zamanı təqdim edə biləcəyiniz şəxsi məlumatları və digər məlumatları emal edirik:
- AZDO-da qeydiyyat zamanı;
- AZDO Xidmətlərindən istifadə zamanı (məsələn, tapşırıqları yaratmaq və nəşr etmək, şərhlər vermək, tapşırıqlara cavab vermək, digər İstifadəçilərə mesaj göndərmək, xidmətlərimizi üçün ödəniş etmək), həmçinin İstifadəçi Müqaviləsinə və bu linkdə azdo.az/documents/user-agliances (bundan sonra Təklif") mövcud olan təklif şərtləri əsasında bağlanmış xidmətlərin göstərilməsi müqaviləsinə uyğun olaraq digər hüquq və öhdəliklərin yerinə yetirilməsi zamanı.
- bülletenlərimizə abunə olan zaman;
- tədbirlərimizə qeydiyyatdan keçən zaman;
- Şirkət tərəfindən təşkil edilən tədqiqatlar və həmin tədqiqatlarda iştirak zamanı;
- hər hansı bir ünsiyyət kanalı vasitəsilə AZDO dəstək xidmətinə müraciət zamanı;
- Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn hüquq və öhdəliklərin həyata keçirilməsi zamanı
Bundan əlavə, biz, AZDO üçün istifadə etdiyiniz cihazdan avtomatik olaraq ötürülən texniki və digər məlumatları, o cümlədən cihazınıza göndərilən cookie faylları (cookies – kiçik mətn faylları), brauzer və onun parametrləri haqqında məlumatı, AZDO-ya daxil olma vaxtı və tarixini, tələb edilən səhifələrin ünvanlarını və İstifadəçinin AZDO-dakı hərəkətlərini, cihazın texniki xüsusiyyətlərini, IP ünvanını və digər oxşar məlumatları (bundan sonra "texniki məlumatlar") da emal edirik.
Məlumatların toplanmasının məqsədi
Şəxsi məlumatlarınızı müstəsna olaraq yalnız təqdim olunan məqsədlər, o cümlədən aşağıdakılar üçün emal edirik:
- İstifadəçi Müqaviləsi və Təklifin bağlanması, icrası, dəyişdirilməsi və ləğvi üçün;
- bizimlə, məsələn, konsultasiya dəstəyi üçün əlaqə saxladığınız zaman sizinlə əlaqə qurulması üçün;
- İstifadəçi Müqaviləsinin pozulması və İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətləri barədə xəbərdarlıq edilməsi və ya onların qarşısının alınması üçün;
- bizim və tərəfdaşlarımızın təşkil etdiyi tədbirlərdə və sorğularda iştirakınızın təşkili üçün;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə və prosedurlara əməl etmək, o cümlədən mühasibat uçotu və vergi hesabatı məqsədlərinə, dövlət orqanlarının müraciətlərinə cavab vermək üçün;
- AZDO və tərəfdaşlarımızın marketinq məqsədləri naminə sizinlə əlaqə saxlanılması üçün;
- İstifadəçi təcrübəsini təkmilləşdirmək və Xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məlumatların təhlili üçün;
- İstifadəçilərin şəxsi məlumatlarını ehtiva edənlər də daxil olmaqla, məlumat mənbələrinin saxlanmasının və məhv edilməsinin təşkili üçün;
- sizin razılığınızla digər məqsədlər üçün.
Aşağıdakılar üçün texniki məlumatları emal edirik:
- AZDO-nun fəaliyyətini və təhlükəsizliyini təmin etmək üçün;
- İstifadəçi Müqaviləsinin pozulması və İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətləri barədə xəbərdarlıq və ya onların qarşısının alınması üçün;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə riayət etmək və qaydaları yerinə etmək üçün;
- AZDO Xidmətlərinin və Şirkətin marketinq fəaliyyətinin keyfiyyətini artırmaq və istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə məlumatların təhlili üçün.
Şəxsi məlumatların emalı üçün hüquqi əsaslar
Şəxsi məlumatlarınızı aşağıdakı hallarda emal edirik:
- emal sizin razılığınızla həyata keçirilir;
- emal, İstifadəçi Müqaviləsinin və Təklifin bağlanması, icrası, dəyişdirilməsi və ya ləğv edilməsi üçün zəruridir;
- emal, şəxsi məlumat subyektinin hüquq və azadlıqlarını pozmamaq şərti ilə, Şirkətin və ya üçüncü şəxslərin hüquqlarını və qanuni maraqlarını həyata keçirmək üçün zəruridir;
- emal, Azərbaycan Respublikasının qanunvericiliyi ilə Şirkətə verilmiş funksiyalar, səlahiyyətlər və vəzifələri yerinə yetirmək üçün zəruridir;
- emal, məhkəmə icraatında iştirak etməklə və ya icraat prosesi haqda qanunvericiliyə uyğun şəkildə icra edilməli olan aktın icrası ilə əlaqədar olaraq aparılır;
- şəxsi məlumatların emalı həyata keçirilir, şəxsi məlumat subyekti tərəfindən və ya onun istəyi ilə qeyri-məhdud sayda şəxslərə giriş imkanı təmin edilir.
Biz, İstifadəçilərin şəxsi məlumatlarının biometrik və xüsusi kateqoriyalarını emal etmirik.
Şəxsi məlumatların üçüncü şəxslərə ötürülməsi. Şəxsi məlumatların sərhədlərarası hərəkəti
Emal məqsədlərinə nail olmaq üçün, şəxsi məlumatlarınızı üçüncü şəxslərə ötürə və emalı həmin şəxslərə həvalə edə bilərik. Üçüncü şəxslər xarici ölkələrin ərazisində də ola bilər. Bu halda, məlumatların ötürüldüyü dövlətin şəxsi məlumatların adekvat qorunmasını təmin etməsindən əmin oluruq.
Ümumi məlumatlar
AZDO-da qeydiyyatdan keçmək və tapşırıqlarınızı, tapşırıqlarınıza cavabları, şərhləri və rəyləri AZDO-ya yerləşdirməklə siz, İstifadəçinin ictimaiyyətə açıq profilində göstərilən və tərəfinizdən yerləşdirilən materiallardakı məlumatları ictimaiyyət üçün əlçatan edirsiniz. Bu o deməkdir ki, bu məlumatlar istənilən AZDO ziyarətçisinin, yəni qeyri-məhdud insan çevrəsinin tanışlığı üçün əlçatan olur.
İstifadəçilər, xidmət əldə edilməsi və xidmət göstərilməsi üçün AZDO-dakı məlumatları ictimaiyyət üçün əlçatan edir. İstifadəçinin istənilən digər kommersiya və qeyri-kommersiya məqsədləri üçün ictimaiyyətə açıq yerləşdirdiyi məlumatların toplanması (o cümlədən avtomatik məlumat toplama vasitələrinin istifadəsi ilə), əldə edilməsi, qeydiyyatı, sistemləşdirilməsi, saxlanması, istifadəsi, ötürülməsi, yayılması, surətini çıxarılması və çoxaldılması qadağan edilir.
Eyni zamanda biz, üçüncü şəxslərin AZDO İstifadəçisinin ictimaiyyətə açıq şəkildə yerləşdirdiyi hər hansı bir məlumatla bağlı qanunsuz hərəkətlərinə görə məsuliyyət daşımırıq. İstifadəçinin bu cür yerləşdirmə ilə bağlı bütün riskləri, o cümlədən məlumatın fırıldaqçıların və ya spamerlərin əlinə keçməsi risklərini özü daşıyır.
Şəxsi məlumatların təhlükəsizliyi
Biz şəxsi məlumatları qanunsuz və ya təsadüfi müdaxilədən, onların məhv edilməsi, dəyişdirilməsi, bloklanması, surətinin çıxarılması, yayılmasından və onlara qarşı digər qeyri-qanuni hərəkətlərdən qorumaq üçün lazımi təşkilati, hüquqi və texniki tədbirləri görürük.
Biz, aşağıdakılara əsaslanaraq şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görürük:
- Azərbaycan Respublikasının qanunvericiliyinin şəxsi məlumatlara haqqında tələbləri;
- şəxsi məlumat sistemi üçün Şirkət tərəfindən müəyənləşdirilmiş təhlükəsizlik səviyyəsi;
- qorunmanın müvafiq səviyyəsi üçün normativ hüquqi aktlarla müəyyən edilmiş mühafizə tədbirlərinin baza dəsti;
- Şirkətdəki təhdid modelinin müəyyən etdiyi aktual təhdidlər;
- optimal tədbirləri seçərkən risk-yönümlü yanaşma;
- şəxsi məlumatların məxfiliyinin qorunmasında istifadəçilərin qanuni maraqlarının prioriteti.
İstifadəçilərin şəxsi məlumatlarına çıxışı olan Şirkət əməkdaşları şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı Siyasət və şirkətin yerli aktları ilə tanışdırlar.
Şəxsi məlumatların dəyişdirilməsi və silinməsi
İstifadəçi istənilən vaxt AZDO platformasında şəxsi bölmədə şəxsi məlumatların redaktə funksiyasından istifadə etməklə, təqdim etdiyi şəxsi məlumatları tam və ya qismən şəkildə, habelə onların məxfilik parametrlərini dəyişdirə (yeniləyə, əlavə edə) bilər. İstifadəçi əvvəllər təqdim edilmiş məlumatlara dəyişikliklərin vaxtında edilməsinə, onların yenilənməsinə diqqət yetirməyə borcludur, əks halda AZDO platformasından gələn bildirişlərin gəlməməsi, malların/xidmətlərin və s. alınmamasına görə məsuliyyət daşımır.
İstifadəçi müvafiq hesabda onun təqdim etdiyi şəxsi məlumatları da silə bilər. Hesabın silinməsi AZDO platformasından istifadənin mümkünsüzlüyü ilə nəticələnə bilər.
Şəxsi məlumatların emalı müddəti
Şəxsi məlumatların emalını dayandırırıq:
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə emal üçün nəzərdə tutulmuş digər hüquqi əsaslar olmazsa, emal məqsədlərinə nail olunduqda və ya bu məqsədlərə nail olmaq zərurəti aradan qalxdığında;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada emal üçün digər hüquqi əsaslar olmadıqda, fərdi məlumatların emalı üçün İstifadəçinin razılığının bitməsindən sonra və ya bu razılığın geri çağrılması halında. Hər bir konkret hal üzrə başqa hal nəzərdə tutulmayıbsa, İstifadəçinin razılığı, İstifadəçi Müqaviləsinin ləğv edildiyi tarixdən 5 (beş) il sonra gələn ilin 31 dekabr tarixinə qədər qəbul edilmiş sayılır;
Hər bir konkret hal üzrə başqa hal nəzərdə tutulmayıbsa, İstifadəçinin razılığı, İstifadəçi Müqaviləsinin ləğv edildiyi tarixdən 5 (beş) il sonra gələn ilin 31 dekabr tarixinə qədər qəbul edilmiş sayılır;
- şəxsi məlumatların qanunsuz emalı halında, emalın qanuniliyini təmin etmək mümkün olmadıqda;
- Şirkət ləğv edildikdə.
Bizimlə əlaqə
Siz AZDO interfeysindəki AZDO dəstək xidməti ilə əlaqə saxlayaraq şəxsi məlumatların emalına razılığınızı geri götürə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.
Siz, mövzu yerinə "Şəxsi məlumat haqqında müraciət" qeyd edərək, şəxsi məlumatların emalı ilə bağlı bu ünvana məktubla müraciət edə bilərsiniz: support@azdo.az.
Siyasətdə dəyişiklik
Biz, lazım olduğu təqdirdə Siyasəti yeniləyirik. Siyasətin yerləşdiyi səhifəni mütəmadi olaraq ziyarət etməyi tövsiyə edirik: azdo.az/documents/privacy-policy. Siyasət dəyişdikdən sonra AZDO-dan istifadə etməyə davam etməklə ona edilən dəyişiklikləri qəbul etdiyinizi təsdiqləyirsiniz.
Son dəyişikliklərin tarixi: 15.01.2022