Təhlükəsizlik və zəmanətlər
Xidmətimizin əsas vəzifəsi qarşılıqlı etimad və əməyə göstərilən hörmətə əsaslanan etibarlı İcraçılar və səmimi Sifarişçilər birliyi yaratmaqdır.
Xidmətimizdən yalnız müsbət emosiyalar və rahatlıq əldə etməyiniz üçün hər zaman səylərimizi göstərəcəyik.
İcraçıların qeydiyyatı və yoxlanılması
Biz AZDO-nun İcraçıları olmaq istəyən bütün namizədləri əsaslı şəkildə yoxlayırıq.
İcraçıların qeydiyyatı bir neçə mərhələdən ibarətdir:
- qeydiyyat formasının doldurulması - telefon, e-poçt, sosial şəbəkə hesablar
- profilin səlahiyyətli şəxslər (ən azı 2 nəfər) tərəfindən təsdiq edilməsi
- onlayn testin keçirilməsi (servisin şərt və qaydalarına dair biliklər)
- şəxsiyyət vəsiqəsinin təsdiqi
Bundan sonra istifadəçiyə İcraçı statusu verib-verməməsinə dair qərar verilir. İş prosesi zamanı İcraçı AZDO-nun Sifarişçilərindən 3-dən çox mənfi rəy alarsa, İcraçı bərpa imkanı olmadan öz statusundan məhrum olunur.
Rəylər və reytinq
Hər hansı İcraçının reytinqi Sifarişçilərin rəyləri əsasında avtomatik olaraq formalaşdırır. Bütün rəylər Keyfiyyət Xidməti tərəfindən təhlil edilir, anlaşılmazlıqlara isə portaldakı Arbitraj tərəfindən baxılır. Etibarlı rəylər hər AZDO istifadəçinin sosial kapitalını formalaşdır.
Biz, reytinqə nə yaxşıya, nə də pisə doğru təsir edə bilmərik və istəmirik. Reytinq, İcraçılara özləri və göstərilən xidmətlərin keyfiyyəti üzərində işləmək və Sifarişçilərə seçim etməkdə kömək edir.
Servisin dəstək xidməti
Dəstək komandamız hər gün istifadəçilərin müraciətlərilə işləyərkən, yeni tapşırıqları da izləyir. Servisdə qanunları pozan və ya etik normalara zidd olan tapşırıqların yerləşdirilməsi qadağandır.
Biz hər zaman Sizə kömək etmək, bütün suallarınızı cavablandırmaq və hər hansı çətin məsələləri çox qısa müddətdə həll etməyə hazırıq.
Təhlükəsizlik üzrə tövsiyələr
İcraçı şəxsiyyət vəsiqəsini təsdiqləmiş olsa belə, onunla əməkdaşlıq zamanı aşağıdakı əsas tövsiyələrə əməl etməyinizi məsləhət görürük:
- İcraçı tərəfindən yerinə yetirilmiş tapşırıqlara verilən rəyləri və işlərin nümunələrini diqqətlə araşdırın
- tapşırığa başlamazdan əvvəl İcraçıdan şəxsiyyət vəsiqəsini təqdim etməyini tələb edib servisdəki profili ilə müqayisə edin
- müqavilədə əməkdaşlığın bütün şərtləri və mərhələlərini açıq şəkildə təsvir edin və ehtiyac yaransa, öhdəlik sənədlərini tərtib edin
- AZDO fəal İçraçıları müxtəlif nailiyyətlərə görə beyc və nişanlar ilə təltif edir, biz onları İcraçıların profillərində yerləşdiririk
- istifadəçi nə qədər uzun müddət ərzində servisdə qeydiyyatlı, onun, o qədər də yaxşı xidmət qaydalarından xəbərli olduğu və sifarişçi ilə ünsiyyəti necə qurmalı bildiyini ehtimalı artır
- istifadəçinin sosial şəbəkələrdə profilinə, o cümlədən onun dostları və dərc etmələrə diqqət yetirin
- dəyərli əşyalar, pul və digərlərini ötürdükdə İcraçılardan öhdəlik sənədini götürün və tapşırıq bitənə qədər özünüzdə saxlayın
- tapşırığı yerinə yetirmək üçün digər şəxs gəldikdə, və ya İcraçı ilə bağlı hər hansı şübhəniz yarandıqda, tapşırıqdan imtina edib bizə dərhal məlumat verin
Ümid edirik ki, bizim təhlükəsizlik üzrə tövsiyələrimizin tapşırıqların AZDO servisi vasitəsilə yerinə yetirilməsi prosesində xoşagəlməz hallara qarşılaşmamaq kömək edəcək.