Zəmanətli Södvələşmə

Zəmanətli Sövdələşmə nədir?

Zəmanətli Sövdələşm ə rahat və təhlükəsiz şəkildə ödəniş etməyə imkan verir. Tapşırıqlar üçün ödəniş hesabınıza köçürülür. Zəmanətli Sövdələşmə "Zəmanətli Sövdələşmə” onlayn xidmətindən istifadəyə dair müqavilənin bağlanması haqqında İctimai Təklifə uyğun olaraq təqdim edilir.


Tapşırığın məbləği Sifarişçi tərəfindən ödənilir. Məbləğ ödəniş sistemində xüsusi hesabda saxlanılır. Hər iki tərəf işin uğurla başa çatdırıldığını təsdiq etdikdə, pul icraçının hesabına köçürülür. Əgər tapşırıq yerinə yetirilmirsə, məbləğin Sifarişçiyə qaytarılmasına zəmanət verilir.

Zəmanətli Sövdələşmə nə üçün lazımdır?

Xidmətlərinizi internetdə təklif edərək səhlənkar sifarişçiyə rast gəlmək riski həmişə yüksəkdir. Pulunuza və vaxtınıza qənaət etmək üçün Zəmanətli Sövdələşmə xidmətindən istifadə edə bilərsiniz. Zəmanətli Sövdələşmə bütün iştirak edən tərəflər üçün faydalıdır: icraçıya vəsait almağa zəmanət verilir, Sifarişçi sövdələşmənin ləğv edilməsi və ya fırıldaqçılıq halında riskləri minimuma endirir, AZDO isə sabit faiz alır.

Zəmanətli Sövdələşmədən necə istifadə etmək lazımdır?

İşin yaradılması zamanı Zəmanətli Sövdələşmə ilə ödəniş üsulunu müəyyən edin.


İcraçını seçdikdən sonra tapşırığın məbləği əməkdaşımız olan ödəniş sisteminin xüsusi hesabında saxlanılacaq.


Əgər Sifarişçi icraçının xidmətlərini nağd şəkildə ödəməyi seçirsə, sifarişçi bu tapşırığa müraciət edərkən, yalnız Zəmanətli Sövdələşmə çərçivəsində işləməyə hazır olduğunu deyə bilər. Bu halda sifarişçi icraçının təklifində müvafiq işarəni görəcəkdir və bu şərtləri qəbul etməklə Sifarişçi Zəmanətli Sövdələşmə üzərində işləməyə razı olur.

Tapşırıq yerinə yetirildi Siz tapşırığın yerinə yetirilməsini qeyd edən kimi ödəniş avtomatik olaraq icraçının hesabına köçürülür.
Tapşırıq yerinə yetirilmədi. Əgər siz işin yerinə yetirilmədiyini bildirirsinizsə və icraçı bunu təsdiq edirsə, pul avtomatik olaraq kartınıza və ya hesabınıza qaytarılır.

Tapşırığın başa çatdırılmadığını qeyd etdikdə və icraçı öz tərəfində bunu təsdiq etmirsə, biz ona SMS və push-bildirişini göndərərək, sifarişin vəziyyətinin təsdiqlənməsini xahiş edirik. Əgər 3 gün ərzində cavab vermirsə, məbləğ avtomatik olaraq sizə qaytarılır.
Zəmanətli Sövdələşmənin qiyməti nədir?

Zəmanətli Sövdələşmədən istifadə üçün sifariş dəyərinin 5% həcmində komissiya tutulur. Komissiya məbləği tapşırığın məbləğinə əlavə edilir.

Mübahisəli hallar

Əgər İcraçı və ya Sifarişçi işin başa çatdırıldığını, digərinin isə - yerinə yetirilmədiyini bildirir, yaxud mənfi rəy verildiyi halda, vəziyyət arbitraja gedir. "Arbitraj" haqqında aidiyyəti üzrə məqalədə daha ətraflı oxuyun.

Zəmanətli Sövdələşmə ilə tapşırıqlar yaradın və Umico bonusları əldə edin

Zəmanətli Sövdələşmə ilə tapşırıqlar yaradın, bank kartından istifadə edərək podratçının xidmətlərini ödəyin və biz sizə əlavə etdiyiniz Umico kartına 3% Umico bonusları verəcəyik.

Bonus hesabınıza bonuslar əldə edin

Zəmanətli Sövdələşmə üzrə yerləşdirilmiş tapşırıq üçün tələb olunan məbləği ödəyən zaman Umico kartınıza 3% bonus alacaqsınız.

İcraçılar da sifarişçilər kimi, Zəmanətli Sövdələşmə üzrə yerləşdirilmiş tapşırıqlar üçün 3% Umico bonusları əldə edir. Həmçinin AZDO balansını artıranda 3% Umico bonuslarını əldə edə bilərsiniz.

AZDO şəxsi hesabınızda siz bonusların balansını izləyə bilərsiniz və Umico tətbiqində AZDO-da və Umico tərəfdaşları ilə fəaliyyətə görə hesablanmış bütün bonus əməliyyatlarını görə biləcəyiniz xüsusi bölmə var.
Bloklanmanın səbəbi: / Bloklanma müddəti: qədər