Sayt qurmaq - qiymət:3650 AZN
Veb xidmətləri
İnternet saytların hazırlanması
İçində həm xidmət, həm də məhsul satışının olacağı veb sayt hazırlanmalıdır. Saytda eyni zamanda bloq da fəaliyyət göstərəcək. Bloqdakı məqalələrdən bəzilərinin arasına müəyyən kalkulyatorlar inteqrasiya edilməlidir. Mən düsturları verəcəyəm, mütəxəsis isə onu alqoritm halına gətirib xanalarda öz əksini tapması üçün sayta qoşmalıdır. Məhsul satışı kartla ödəmə sistemi ilə olacaq, yəni tam rəsmi. Xidmət satışı da eynilə. Müştəri mağazaya daxil olur, məhsul və ya xidmət almaq istədiyini seçir. Xidmət almaq istəyirsə təklif olunan xidmətlər ekranda çıxır. Müştəri lazımi seçimi edəndən sonra proseslər ardıcıl olaraq davam edir (saytda qeydiyyat, xidmət parametrlərini seç - səbətə at - müqaviləni oxu-təsdiq et - ödəniş et). Bundan sonra e-mailinə lazımi bildirişlər gedir və xidmət prosesi tərəfimizdən başladılır. Ödəniş tapşırığı, saytın təxmini maketi hazırdır. Bu işi görə biləcək özünəarxayın mütəxəssis lazımdır. 4-5 ay vaxt var, rahatlıqla işləmək olar. Portfoliosu olanlar yazsın.
İcraçı pul və dəyərli əşyaların onun tərəfindən qəbul edilən məsini təsdiq edən öhdəlik sənədini təqdim etməlidir (İcraçının üzərində ona məxsus şəxsiyyət vəsiqəsi olmalıdır)