Zəmanətli Södvələşmə
Zəmanətli Sövdələşm ə rahat və təhlükəsiz şəkildə ödəniş etməyə imkan verir. Tapşırıqlar üçün ödəniş hesabınıza köçürülür. Zəmanətli Sövdələşmə "Zəmanətli Sövdələşmə” onlayn xidmətindən istifadəyə dair müqavilənin bağlanması haqqında İctimai Təklifə uyğun olaraq təqdim edilir.
Tapşırığın məbləği Sifarişçi tərəfindən ödənilir. Məbləğ ödəniş sistemində xüsusi hesabda saxlanılır. Hər iki tərəf işin uğurla başa çatdırıldığını təsdiq etdikdə, pul icraçının hesabına köçürülür. Əgər tapşırıq yerinə yetirilmirsə, məbləğin Sifarişçiyə qaytarılmasına zəmanət verilir.
Xidmətlərinizi internetdə təklif edərək səhlənkar sifarişçiyə rast gəlmək riski həmişə yüksəkdir. Pulunuza və vaxtınıza qənaət etmək üçün Zəmanətli Sövdələşmə xidmətindən istifadə edə bilərsiniz. Zəmanətli Sövdələşmə bütün iştirak edən tərəflər üçün faydalıdır: icraçıya vəsait almağa zəmanət verilir, Sifarişçi sövdələşmənin ləğv edilməsi və ya fırıldaqçılıq halında riskləri minimuma endirir, AZDO isə sabit faiz alır.
Tapşırığı yaradarkən Sifarişçi tapşırığı hansı üsulla ödəmək istədiyinə qərar verir. Sifarişçi Zəmanətli Sövdələşmə vasitəsilə tapşırığın ödənilməsini seçdikdə, tapşırıqda Zəmanətli Sövdələşmə ikonası var və icraçı yalnız Zəmanətli Sövdələşmə ilə işləməlidir.
Əgər Sifarişçi icraçının xidmətlərini nağd şəkildə ödəməyi seçirsə, sifarişçi bu tapşırığa müraciət edərkən, yalnız Zəmanətli Sövdələşmə çərçivəsində işləməyə hazır olduğunu deyə bilər. Bu halda sifarişçi icraçının təklifində müvafiq işarəni görəcəkdir və bu şərtləri qəbul etməklə Sifarişçi Zəmanətli Sövdələşmə üzərində işləməyə razı olur.
İcraçılar üçün Zəmanətli Sövdələşmə xidməti ödənişlidir. İcraçılar bu xidmətdən istifadə etdiyi üçün onlardan komissiya tutulur. Zəmanətli Sövdələşmə xidmətinin ödənişi sifariş üçün təyin etdiyiniz qiymətin dəyərindən 3,93% həcmində komissiyaya bərabərdir.
Əgər İcraçı və ya Sifarişçi işin başa çatdırıldığını, digərinin isə - yerinə yetirilmədiyini bildirir, yaxud mənfi rəy verildiyi halda, vəziyyət arbitraja gedir. "Arbitraj" haqqında aidiyyəti üzrə məqalədə daha ətraflı oxuyun.
Zəmanətli Sövdələşmə ilə tapşırıqları yerinə yetirə bilmək üçün, Icraçı ödəniş tərəfdaşımız PulPal ilə Ödəniş Qəbulu Müqaviləsi bağlamalıdır. Eyni zamanda, müqavilənin bağlanması üçün, sizin VOEN-iniz olmalıdır - həm fərdi sahibkar ola, həmçinin şirkəti təmsil edə bilərsiniz(fiziki və ya hüquqi şəxs).
Ödənişin qəbulu müqaviləsini bağlamaq üçün sayta daxil olub ərizəni təqdim etmək kifayətdir. Ərizə formasında qeyd olunan bütün sənədləri şəxsi hesabınız vasitəsilə əlavə edə bilərsiniz.
Elektron qaimələr: əlverişsizlik və vaxt itkisi
İcraçılar(frilanserlər) hər bir yerinə yetirilmiş iş üçün elektron qaimələr (hesab-fakturalar) istifadə edərkən tez-tez çətinliklərlə qarşılaşırlar. Bu proses xüsusilə sifarişlərin sayı çox olduqda, ciddi vaxt itkisinə səbəb olur. İcraçılar hər bir işi başa vurduqdan sonra qaimə tərtib edib göndərməli olur, bu da əsas işdən yayındırır və ümumi məhsuldarlığı azaldır.
Bizim həll yolumuz: sadəlik və səmərəlilik
Bizim AZDO.az platformamız daha rahat bir həll təklif edir — ödəniş tərəfdaşımızla Ödənişlərin Qəbulu Müqaviləsi (ÖQM) bağlamaq. Bu icraçıya tapşırıqları yerinə yetirməyə cəmləşməyə imkan verir, eyni zamanda ödəmə tərəfdaşımız bütün qazandıqları vəsaiti toplayır və icraçının hesablaşma hesabına göndərir.
Üstünlüklər:
- Vaxta qənaət: Çoxsaylı fərdi qaimələr tərtib etmək əvəzinə, icraçı vergi bəyannaməsi təqdim edərkən bir ÖQM və əvvəlki hesabat dövründən cari dövrə qədər olan bütün işlərin hesabatını əlavə edir. Bu, bürokratik yükü əhəmiyyətli dərəcədə azaldır.
- Vergi orqanları üçün tam şəffaflıq: Dövlət Vergi Xidməti hesabatın təsdiqlənməsi üçün bütün lazımi məlumatları alır, bu da səhvlərin ehtimalını azaldır və təqdimetmə prosesini asanlaşdırır.
- Artan məhsuldarlıq: Qənaət edilən vaxt sifarişlərin sayını artırmağa və ya istirahət etməyə sərf edilə bilər ki, bu da nəticədə icraçının ümumi gəlirini artırır.
ÖQM bağlamaq üçün fiziki şəxslərə tələb olunur: şəxsiyyət vəsiqəsi, VÖEN şəhadətnaməsi və bank rekvizitləri. Hüquqi şəxslərə tələb olunur: icraçının şəxsiyyət vəsiqəsi, direktorun şəxsiyyət vəsiqəsi, təsisçilərin direktoru təyin etmə əmri, dövlət reyestrindən çıxarış, bank rekvizitləri və VÖEN şəhadətnaməsi.