AZDO və Umico indi bir yerdə!

Umico

Umico – (Yumiko kimi səslənir) alış-veriş zamanı hər şey yalnız bir tətbiqdə cəmləşən bonus kartıdır. Hazırda Umico kimi geniş çeşiddə mağaza və xidmətlərə malik ikinci kart yoxdur. Yəni, artıq çoxlu sayda bonus kartı daşımağa ehtiyac yoxdur. Bunu bir tətbiqlə və bir kartla idarə etmək imkanınız var.

Umico bonus kartını əlavə edin

Kart əlavə etmək üçün AZDO veb-saytının yuxarısındakı Umico loqosuna klikləyin və "Kartı əlavə et" seçin. Həmçinin, Zəmanətli Sövdələşmə üzrə icraçının seçilməsi pəncərəsində, icraçılar üçün isə AZDO balansının doldurulması pəncərəsində kartın əlavə edilməsi üçün keçid mövcud olacaq.

Linkə klikləməklə, sadəcə əlavə etmək istədiyiniz Umico kartının nömrəsini göstərməlisiniz. Əgər kart AZDO hesabınızda olan telefon nömrəsindən fərqli nömrəyə bağlıdırsa, kartı əlavə etmək üçün siz Umico kartının qoşulduğu nömrəyə göndərilən SMS-dən birdəfəlik kodu daxil etməlisiniz.

Kartın nömrəsini smartfonunuzdakı Umico proqramında və ya Umico.az saytında şəxsi kabinetinizdə tapa bilərsiniz.

AZDO-da Umico bonusları əldə edin

Zəmanətli Sövdələşmə ilə yerləşdirilən tapşırığınızın icrası üçün ödəniş edərkən, bank kartı ilə ödədiyiniz məbləğdən 3% bonuslar əlavə edilən Umico kartınıza köçürüləcək.

İcraçılar həmçinin bank kartı vasitəsilə AZDO balansını artırdıqları üçün 3% Umico bonusları əldə edirlər.

Əlavə edilən Umico kartının cari balansı həmişə AZDO veb-saytının yuxarı hissəsində sizin üçün əlçatandır və Umico tətbiqində və ya saytında xüsusi bölmə var ki, burada siz AZDO-da fəaliyyətə görə hesablanmış bonuslar üzrə bütün əməliyyatları görəcəksiniz.

Yeni alışlarınızı bonuslarla ödəyin

Toplanmış bonusları Umico tərəfdaşından yeni alış-verişlərə (1 bonus = 1 AZN məzənnəsi ilə) xərcləyə bilərsiniz.

Bloklanmanın səbəbi: / Bloklanma müddəti: qədər