1. Ümumi müddəalar
1.1. Bu Təklif (sonradan “Təklif») Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən, Direktor Babayev Urfan Nazim oğlunun şəxsində təmsil olunan “CUSPERCO” MMC-nin (sonradan “Azdo”) və Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən, Direktor Sultanov Emin Ramiz oğlunun şəxsində təmsil olunan “PULPAL” MMC-nin (sonradan “PULPAL” MMC) aşağıdakı şərtlərlə "Zəmanətli sövdələşmə” onlayn xidmətindən istifadə edilməsinə dair müqavilə (sonradan “Müqavilə”) bağlamaq təklifidir.
1.2. Azdo-da qeydiyyatdan keçərək bəyan edirsiniz ki: yetkinlik (18) yaşına çatmış tam mülki hüquq fəaliyyət qabiliyyətli şəxssiniz, bu Təklifi bütünlüklə və qeyd-şərtsiz qəbul edirsiniz və Müqavilədən irəli gələn hüquq və vəzifələrinizi vicdanla icra edəcəksiniz.
1.3. Azdo-da qeydiyyatdan keçərək bu Təklifin qəbul edilməsi "Zəmanətli sövdələşmə” onlayn xidmətindən istifadə edilməsinə dair Müqavilənin bağlanmasına bərabərdir.
2. Müqavilənin predmeti
2.1. Azdo “Zəmanətli sövdələşmə” onlayn xidmətini həyata keçirilməsi məqsədi ilə qeydiyyatdan keçmiş istifadəçilərə qanunvericiliyin, Müqavilənin və onun əlavələrinin, “AZDO istifadə qaydaları”nın, habelə Azdo-nun qəbul etdiyi daxili qayda və prosedurlarının şərtləri daxilində xidmət almaq istəkləri barəsində elan yerləşdirməyə (sonradan "Tapşırıq") və dərc edilmiş Tapşırıqlara cavab (sonradan "Cavab") verərək müvafiq kateqoriyalar üzrə xidmətlərin göstərilməsi üçün Müqavilənin 1 saylı əlavəsi olan "Zəmanətli sövdələşmə” müqaviləsini (sonradan “Sövdələşmə”) bağlamağa və Sövdələşmə üzrə xidmət haqqının zəmanətli ödəniş qaydasında həyata keçirilməsinə texniki imkanları yaradır.
3. İstifadəçinin hüquqları
İstifadəçi Müqavilə şərtləri daxilində aşağıdakı hüquqlara malikdir:
3.1. Qeydiyyatdan keçmək, Müqavilə və onun əlavələrinin mətniləri və “AZDO istifadə qaydaları” ilə tanış olmaq, Azdo-nun internet saytının funksionallığından istifadə etmək, istəkləri barəsində Azdo-nun internet saytında elan yerləşdirmək, axtarmaq, baxmaq, dəyərləndirmək, düzəliş etmək, ləğv etmək, mesaj mübadiləsini aparmaq, ödənişlərin zəmanətli qaydada həyata keçirilməsi məqsədi ilə xidmət haqqını “PULPAL” MMC-nin AZ37NABZ01350100000000001944 saylı hesabına (sonradan “Depozit hesab”) köçürmək və bu hesabdan almaq.
3.2. İstifadəçi Sifarişçi qismində çıxış etdikdə 3.1-ci bənddə qeyd olunanlara əlavə olaraq tapşırığın başlanmasını təsdiq edərək İcraçının Sövdələşmə bağlamaq təklifini qəbul etmək və ya hər hansı təklifi qəbul etməkdən imtina etmək. Tapşırığın bitməsini təsdiq edərək İcraçının icra etdiyi işlərin nəticəsini təhvil almaq və Depozit hesaba köçürdüyü xidmət haqqını Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə İcraçıya ödənilməsinə razılıq bildirmək və ya "İradnamə" düyməsini basaraq konkret qüsurları göstərməklə İcraçıya əsaslandırılmış irad bildirmək və Depozit hesaba köçürdüyü xidmət haqqını İcraçıya ödənilməsinə etiraz etmək. Azdo- nun internet saytında yerləşdirdiyi tarixdən 15 iş günü ərzində iradnamədə qeyd edilmiş qüsurları tam aradan qaldırılmadığı halda Depozit hesaba köçürdüyü xidmət haqqını, Depozit hesaba xidmət haqqının köçürməsini təsdiq edən qəbzin şəklini və ya skrin-şotunu Azdoya təqdim etdiyi halda, Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə “PULPAL” MMC-dən geri almaq. Ona dəymiş ziyanı İcraçıdan tələb etmək, İcraçı ilə yaranmış mübahisəli məsələni danışıqlar yolu ilə tənzimləmək, mübahisəni bu qaydada tənzimləmək mümkün olmadıqda mübahisəni tənzimləmək üçün Arbitrə müraciət etmək, mübahisəni Arbitrin iştirakı ilə də tənzimləmək mümkün olmadıqda qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək.
3.3. İstifadəçi İcraçı qismində çıxış etdikdə 3.1-ci bənddə qeyd olunanlara əlavə olaraq Sifarişçinin tapşırığın bitməsini təsdiq edərək təhvil aldığı işlərə görə Sifarişçinin Depozit hesaba köçürdüyü xidmət haqqını Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə “PULPAL” MMC-dən almaq, Sifarişçi "İradnamə" düyməsini basdıqda Azdo-nun internet saytında yerləşdirdiyi tarixdən 15 iş günü ərzində iradnamədə qeyd edilmiş qüsurları tam aradan qaldırmaq və işlərin nəticəsini Sifarişçiyə təhvil vermək və ya iradları mübahisələndirmək və ona dəymiş ziyanı Sifarişçidən tələb etmək, Sifarişçi ilə yaranmış mübahisəli məsələni danışıqlar yolu ilə tənzimləmək, mübahisəni bu qaydada tənzimləmək mümkün olmadıqda mübahisəni tənzimləmək üçün Arbitrə müraciət etmək, mübahisəni Arbitrin iştirakı ilə də tənzimləmək mümkün olmadıqda qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək.
4. İstifadəçinin vəzifələri:
İstifadəçi Müqavilə şərtləri daxilində aşağıdakı vəzifələri daşıyır:
4.1. Qanunvericilik, Müqavilə və onun əlavələrinə, “AZDO istifadə qaydaları”na, habelə Azdonun qəbul etdiyi daxili qayda və prosedurlarının İstifadəçilərə aid müddəalarına əməl etmək
4.2. Yalnız Qanunvericiliklə yol verilən və barəsində əqd bağlamaq və sərəncam vermək hüququna malik olduğu əmlak və işlər barədə Sövdələşmə bağlamaq
4.3. şırıqda həqiqi, dolğun tam və aktual məlumatları təqdim etmək.
4.4. Azdonun tələb etdiyi müvafiq sənəd, şəkil və ya digər məlumatları dərhal təqdim etmək.
4.5. Hesablaşma hesabını Azdoya təqdim etmək və icra etdiyi işlərin (xidmətlərin) qəbul edilmiş nəticələrinə görə xidmət haqqını almaq üçün “PULPAL” MMC ilə müvafiq müqavilə bağlamaq.
4.6. Depozit hesaba xidmət haqqını köçürdüyü halda Depozit hesaba xidmət haqqının köçürməsini təsdiq edən qəbzin şəklini və ya skrin-şotunu Azdoya təqdim etmək.
4.7. Mübahisənin həlli üçün Arbitr qismində Azdo-nu cəlb etmək.
4.8. Qanunvericiliklə nəzərdə tutulmuş vergi, büdcə və digər ödənişlər üzrə öhdəlikləri vaxtında və tam icra etmək və bu məqsədlə zəruri olan bütün məlumatları təqdim etmək.
5. Azdonun hüquqları:
Azdo Müqavilə şərtləri daxilində aşağıdakı hüquqlara malikdir:
5.1. Azdo-nun internet saytının idarə edilməsinə cari rəhbərliyi həyata keçirmək, strukturunu, qrafik tərtibatını və digər elementlərini müstəqil müəyyən etmək, istənilən vaxt Azdo-nun internet saytının qrafik tərtibatını, funksionallığını, istifadə üçün texniki şərtləri, proqram təminatını və İstifadəçinin daxil olmaq şərtlərini yeniləmək, dəyişdirmək və ya əlavələr etmək.
5.2. Zəruri hesab etdiyi hallarda ayrı-ayrı İstifadəçilərə və ya İstifadəçilərin hamısına Azdo-nun internet saytından tam və ya qismən (müvəqqəti və ya daimi) istifadə etmələrinə qadağa qoymaq.
5.3. İstifadəçini xəbərdar etmədən və heç bir əvəz/kompensasiya ödəmədən Müqavilənin şərtlərinə uyğun gəlməyən Elanı və məlumatları Azdo-nun internet saytından xaric etmək
5.4. İstifadəçini xəbərdar etmədən və heç bir əvəz/kompensasiya ödəmədən Müqavilənin şərtlərini pozan İstifadəçiyə Azdo-nun internet saytından istifadəsinə məhdudiyyət və ya qadağa qoymaq.
5.5. Azdo-nun internet saytında yerləşdirilmiş məlumatların düzgünlüyünü və qanunvericiliyə uyğunluğunu yoxlamaq məqsədi ilə bu məlumatları yerləşdirmiş İstifadəçidən müvafiq sənəd, şəkil və ya digər məlumatların təqdim etməsini tələb etmək.
5.6. Depozit hesaba xidmət haqqının köçürməsini təsdiq edən qəbzin şəklini və ya skrin-şotunu Azdoya təqdim etməyən Sifarişçiyə Depozit hesaba köçürdüyü xidmət haqqını qaytarmamaq.
5.7. Göstərdiyi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı almaq.
5.8. Müəyyən etdiyi tarixdən sonra Azdo-nun internet saytında yerləşdirilmiş hər Elana görə də Müqavilə ilə müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı almaq.
5.9. Depozit hesaba köçürülmüş xidmət haqqını İcraçıya ödəmək və ya Sifarişçiyə qaytarmaq haqqında “PULPAL” MMC-yə tapşırıqlar vermək.
6. Azdonun vəzifələri:
Azdo Müqavilə şərtləri daxilində aşağıdakı vəzifələri daşıyır:
6.1. Müqavilənin şərtləri daxilində İstifadəçilərə Azdo-nun internet saytından istifadə etmək hüququnu vermək və "Zəmanətli sövdələşmə” onlayn xidmətinin həyata keçirilməsini təmin etmək.
7. “PULPAL” MMC hüquq və vəzifələri:
7.1. Depozit hesaba köçürülmüş xidmət haqqını yalnız Azdo-nun tapşırığına əsasən İcraçıya ödəməli və ya Sifarişçiyə qaytarmalıdır.
7.2. Depozit hesaba köçürülmüş xidmət haqqını Azdo-nun tapşırığı olmadan İcraçıya ödəməməli və ya Sifarişçiyə qaytarmamalıdır.
7.3. “PULPAL” MMC digər hüquq və vəzifələri Azdo ilə imzaladığı 28 mart 2023-cü il tarixli 172113-1504360601 saylı müqavilə və İstifadəçi ilə imzaladığı müqavilə ilə müəyyən edilir
8. Hesablaşma qaydası
8.1. “Zəmanətli sövdələşmə” onlayn xidmətindən istifadə və xidmət haqqı üzrə ödənişlərin zəmanətli qaydada həyata keçirilməsinə texniki imkanların yaradılması müqabilində İstifadəçilər İcraçı və Sifarişçi arasında bağlanmış "Zəmanətli sövdələşmə” onlayn xidmətindən istifadəyə dair müqavilədə müəyyən edilmiş qaydada və həcmdə Azdoya xidmət haqqı ödəyirlər
8.2. Bütün ödənişlər, o cümlədən Zəmanətli sövdələşmə çərçivəsində həyata keçirilən ödənişlər, Pulpal MMC tərəfindən təmin edilir. Apple Inc. ödənişlərin emalı və ya geri qaytarılmasında iştirak etmir və buna görə heç bir məsuliyyət daşımır.
8.3. İcra ediləcək işlərə görə xidmət haqqının məbləği Sifarişçinin yerləşdirdiyi tapşırıqda qeyd olunur və zəmanətli ödəniş qaydasını təmin etmək məqsədi ilə, Sövdələşmə bağlandıqdan sonra Sifarişçi tərəfindən Depozit hesaba köçürülür.
9. Məsuliyyət və təminat
9.1. Azdo internet saytında yerləşdirilmiş Elanlara, İcraçı ilə Sifarişçi arasında Sövdələşmənin bağlanmasına (bağlanmamasına), bağlanmış Sövdələşmə üzrə öhdəliklərin tam və ya qismən icra edilməməsinə və ya qüsurlarla icra edilməsinə görə Azdo heç bir məsuliyyət daşımır. Bunlara görə İstifadəçilər özləri məsuliyyət daşıyır.
9.2. İstifadəçilər tərəfindən qanunvericilik, Müqavilə, onun əlavələri, “AZDO istifadə qaydaları”, habelə AZDO-nun qəbul etdiyi daxili qayda və prosedurlarının İstifadəçilərə aid müddəalarının pozulmasına, habelə İstifadəçilərin qanunvericiliklə nəzərdə tutulmuş vergi, büdcə və digər ödənişlər üzrə öhdəliklərini vaxtında və tam icra etməmələrinə görə Azdo heç bir məsuliyyət daşımır. Bunlara görə İstifadəçilər özləri məsuliyyət daşıyır.
9.3. Azdo internet saytında yerləşdirilmiş Elanların məzmununa, qeyd edilən məlumatların tamlığına və həqiqiliyinə bu Elanların, təqdim etdikləri məlumatların və yaratdıqları əlaqələrin nəticələrinə görə Azdo heç bir məsuliyyət daşımır. Bunlara görə İstifadəçilər özləri məsuliyyət daşıyır.
9.4. Hər bir İstifadəçi qanuni əsaslarla fəaliyyət göstərməsinə, bu fəaliyyəti həyata keçirmək üçün bütün zəruri hüquq və icazələrə malik olmasına, öz hərəkətləri ilə qanunvericiliyi və üçüncü şəxslərin hüquq və maraqlarını pozmadığına təminat verir.
9.5. Azdo-nun internet saytından istifadə edərək İstifadəçilərin gəlir və ya mənfəət əldə edəcəklərinə Azdo heç bir təminat və ya vəd vermir.
9.6. Qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, Azdo internet saytından istifadə edilməsi və ya istifadə edə bilməməsi nəticəsində İstifadəçiyə və ya üçüncü şəxslərə birbaşa və ya dolayısı ilə dəymiş hər hansı zərərə görə məsuliyyət daşımır və heç bir əvəz/kompensasiya ödəmir.
9.7. İcraçı və Sifarişçilər arasında Sövdələşmə və digər müqavilələrin bağlanmasında Azdo təşkilatçı, agent, nümayəndə və ya tərəf kimi çıxış etmir və bu əqdlərin yaratdığı nəticələrə görə heç bir öhdəlik və ya məsuliyyət daşımır.
10. Müqavilənin müddəti, əlavə və dəyişikliklərin edilməsi və xitamı:
10.1. Müqavilə İstifadəçi qeydiyyatdan keçdiyi andan qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanılır.
10.2. İstifadəçi Azdo–nun internet saytındakı profilini istədiyi zaman silə və bununla da Müqaviləni birtərəfli qaydada xitam vermək hüququna malikdir.
10.3. Azdo İstifadəçiyə 1 təqvim günü öncədən bildiriş verməklə, Müqaviləni birtərəfli qaydada xitam vermək hüququna malikdir.
10.4. İstifadəçi qanunvericiliyin, Müqavilənin və onun əlavələrinin, “AZDO istifadə qaydaları”nın, habelə Azdo-nun qəbul etdiyi daxili qayda və prosedurlarının İstifadəçilərə aid müddəalarını pozduqda Azdo Müqaviləyə dərhal birtərəfli qaydada xitam vermək hüququna malikdir.
10.5. Müqaviləyə xitam verilməsi İstifadəçinin Azdo qarşısında Müqavilə xitam verilənədək mövcud olan öhdəliklərinin icrasından azad etmir.
10.6. Azdo birtərəfli qaydada Müqaviləyə əlavə və dəyişikliklər etmək hüququna malikdir. Bu əlavə və dəyişikliklər Azdo-nun internet saytında dərc edildikdən 1 gün sonra qüvvəyə minir.
10.7. Azdo-nun Müqaviləyə etdiyi əlavə və dəyişikliklər qüvvəyə mindikdən sonra İstifadəçinin Azdo-nun internet saytından istifadə etməyi davam etdirməsi onun bu əlavə və dəyişikliklərlə razı olub onları qeyd-şərtsiz qəbul etməsini təsdiq edir
11. Mübahisələrin həlli
11.1. Müqavilə ilə tənzimlənən münasibətlər üzrə bütün mübahisələr, o cümlədən bu Müqavilənin mətnində öz həllini tapmamış məsələlərlə əlaqədar Azdo və İstifadəçilər arasında yarana biləcək mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir. Mübahisəli məsələləri danışıqlar yolu ilə tənzimləmək mümkün olmadıqda mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmədə həll edilir.
12. Əlavə müddəalar
12.1. Azdo internet saytının idarə edilməsində və “Zəmanətli sövdələşmə” onlayn xidmətin göstərməsində Azdo qanunvericilik, Müqavilə, “AZDO istifadə qaydaları” və onların əlavələrini, habelə qəbul etdiyi daxili qayda və prosedurlarını rəhbər tutur.
12.2. Müqavilə ilə tənzimlənməyən məsələlər qanunvericiliyə uyğun olaraq həll edilir.
12.3. Müqavilə Azərbaycan dilində tərtib edilmişdir.
12.4. Müqavilənin bir və ya bir neçə müddəasının etibarsız və ya hüquqi qüvvəyə malik olmayan hesab edilməsi
12.5. Müqavilənin qalan müddəalarının etibarlılığına və qanuniliyinə təsir etmir.
12.6. Müqavilənin icrası, AZDO-nun internet saytının fəaliyyəti və funksionallığı, İstifadəçilərin və üçüncü şəxslərin hüquq və mənafelərinin pozulması ilə əlaqədar Azdoya ünvanlanmış müraciət, təklif və iradlar, habelə səlahiyyətli şəxslərin sorğuları fiziki Bakı şəh., Nəsimi r-nu, S. Vurğun küç. 25, m. 59 və support@azdo.az elektron ünvanlarına göndərilməlidir.
1. Ümumi müddəalar
1.1. Bu təklif xidmətlərini azdo.az platformasında təqdim və təklif edən icraçının (sonradan “İcraçı”) aşağıdakı şərtlərlə Zəmanətli sövdələşmə müqaviləsini (sonradan “Sövdələşmə”) bağlamaq təklifidir.
1.2. Sövdələşmə üzrə xidmət haqqının zəmanətli qaydada ödənilməsinin həyata keçirilməsi Azdo tərəfindən təmin ediləcək.
1.3. Tapşırığı yaradıb saytda yerləşdirərək Siz (sonradan “Sifarişçi”) bəyan edirsiniz ki: yetkinlik (18) yaşına çatmış tam mülki hüquq fəaliyyət qabiliyyətli şəxssiniz, Sövdələşmənin bağlanması haqqında bu təklifi bütünlüklə və qeyd-şərtsiz qəbul edirsiniz və Sövdələşmədən irəli gələn hüquq və vəzifələrinizi vicdanla icra edəcəksiniz.
1.4. Tapşırığın başlanması Sövdələşmənin bağlanması haqqında bu təklifin qəbul edilməsi Zəmanətli sövdələşmə müqaviləsinin bağlanmasına bərabərdir.
2. Sövdələşmənin predmeti
2.1. İcraçı Sövdələşmənin 1 saylı əlavəsi olan elanda görüləcək işlərin razılaşdırılmış həcmi, müddəti, qiyməti və digər xüsusatları üzrə işlər görməyi və nəticəni Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını zəmanətli ödəniş qaydasında İcraçıya ödəməyi öhdələrinə götürürlər.
2.2. İcraçılar Azdo-nun internet saytında yerləşdirilmiş tapşırıqlara müraciət göndərərək, Tapşırıq üzrə Sifarişçiyə Sövdələşmə bağlamaq təklifi (oferta) verirlər. Sifarişçi tapşırığın başlanmasını təsdiq edərək ən əlverişli təklifi qəbul (aksept) edib bu təklifi verən İcraçı ilə Sövdələşmə bağlayır.
2.3. Sifarişçi vaxtında və keyfiyyətlə icra edilmiş işlərin nəticəsini təhvil alıb tapşırığın bitməsini təsdiqləyərək İcraçıdan təhvil alır və ya "İradnamə" düyməsini basaraq işlərin nəticəsini İcraçıdan təhvil almaqdan imtina edir.
2.3. Sifarişçi işlərin nəticəsini təhvil aldıqda Depozit hesaba köçürülən xidmət haqqı Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə İcraçıya ödənilir, əks halda Depozit hesaba köçürülən xidmət haqqı Depozit hesaba xidmət haqqının köçürməsini təsdiq edən qəbzin şəklini və ya skrin-şotunu Azdoya təqdim edən Sifarişçiyə 30 iş günü ərzində qaytarılır.
3. Sifarişçinin hüquqları
3.1. İşlərin keyfiyyətlə görülməsini, razılaşdırılmış həcmdə və müddətdə başa çatdırılmasını İcraçıdan tələb etmək.
3.2. Seçimindən asılı olaraq işlərin gedişi ilə yerində tanış olmaq və ya mütəmadi olaraq bu barədə İcraçıdan məlumat almaq.
3.3. İcraçından yalnız keyfiyyətlə və vaxtında icra edilmiş işlərin nəticələrini təhvil almaq.
3.4. İşlər keyfiyyətsiz və natamam icra edildikdə və ya vaxtında icra edilmədikdə "İradnamə" düyməsini basaraq konkret qüsurları göstərməklə İcraçıya əsaslandırılmış irad bildirmək.
3.5. İradnamə Azdo-nun internet saytında yerləşdirildiyi tarixdən 15 iş günü ərzində İcraçı bu qüsurları tam aradan qaldırımadıqda işlərin nəticələrini ondan təhvil almaqdan imtina etmək və bu işlərə görə İcraçıya xidmət haqqının ödənilməsinə etiraz etmək və Depozit hesaba xidmət haqqının köçürməsini təsdiq edən qəbzin şəklini və ya skrin-şotunu Azdoya təqdim etdiyi halda Depozit hesaba köçürdüyü xidmət haqqını Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə ona qaytarılmasını tələb etmək.
3.6. İcraçının hərəkətləri nəticəsində Sifarişçiyə dəymiş ziyanı İcraçıdan tələb etmək
4. Sifarişçinin vəzifələri
İstifadəçi Müqavilə şərtləri daxilində aşağıdakı vəzifələri daşıyır:
4.1. Müqavilənin və Sövdələşmənin şərtlərinə riayət etmək
4.2. Zəmanətli ödəniş qaydasını təmin etmək məqsədi ilə xidmət haqqı məbləğini Depozit hesaba köçürmək və bu köçürməni təsdiq edən qəbzin şəklini və ya skrin-şotunu Azdoya təqdim etmək.
4.3. İşlərin icrası üçün İcraçıya gərəkli şərait yaratmaq
4.4. İşlər keyfiyyətlə, tam vaxtında icra edildikdə tapşırığın bitməsini təsdiq edərək işlərin nəticələrini 3 gün ərzində İcraçıdan təhvil almaq
4.5. Azdo-nun internet saytında yerləşdirildiyi tarixdən 15 iş günü ərzində İradnamədə qeyd olunmuş qüsurlar İcraçı tərəfindən tam aradan qaldırıldıqda tapşırığın bitməsini təsdiq edərək işlərin nəticələrini 3 gün ərzində İcraçıdan təhvil almaq
4.6. İcra edilmiş işlərə görə Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə İcraçıya razılaşdırılmış xidmət haqqını ödəmək
4.7. İcraçıya ödəniləcək xidmət haqqının Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmində Azdo-ya xidmət haqqı ödəmək
4.8. Qanunvericiliklə nəzərdə tutulmuş vergi, büdcə və digər ödənişlər üzrə öhdəlikləri vaxtında və tam icra etmək və bu məqsədlə zəruri olan bütün məlumatları təqdim etmək.
5. İcraçının hüquqları
5.1. İşlərin icrası üçün gərəkli şəraitin yaradılmasını Sifarişçidən tələb etmək
5.2. Keyfiyyətlə, tam və vaxtında icra edilmiş işlərin nəticələrini 3 gün ərzində təhvil almağı Sifarişçidən tələb etmək
5.3. Sifarişçinin tapşırığın bitməsinin təsdiq edib təhvil aldığı işlərə görə Sifarişçinin Depozit hesaba köçürdüyü xidmət haqqını Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə ödənilməsini “PULPAL” MMC-dən tələb etmək
5.4. Sifarişçinin hərəkətləri nəticəsində İcraçıya dəymiş ziyanı Sifarişçidən tələb etmək
6. İcraçının vəzifələri:
6.1. Müqavilənin və Sövdələşmənin şərtlərinə riayət etmək
6.2. Sifarişçinin seçimindən asılı olaraq işlərin gedişi ilə yerində tanış olmaq üçün ona şərait yaratmaq və ya mütəmadi olaraq bu barədə ona məlumat vermək
6.3. İşləri keyfiyyətlə, tam və vaxtında icra edərək Sifarişçiyə təhvil vermək
6.4. Sifarişçi Azdo-nun internet saytında iradnamə yerləşdirdiyi tarixdən 15 iş günü ərzində iradnamədə qeyd edilmiş qüsurları tam aradan qaldırmaq və işlərin nəticəsini Sifarişçiyə təhvil vermək və ya iradları mübahisələndirmək
6.5. Xidmət haqqının alınması üçün hesablaşma hesabını Azdoya təqdim etmək və “PULPAL” MMC ilə müvafiq müqavilə bağlamaq.
6.6. Qanunvericiliklə nəzərdə tutulmuş vergi, büdcə və digər ödənişlər üzrə öhdəlikləri vaxtında və tam icra etmək və bu məqsədlə zəruri olan bütün məlumatları təqdim etmək.
7. Hesablaşma qaydası
7.1. Sövdələşmə üzrə ödənişlər manatla və yalnız bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
7.2. İcra ediləcək işlərə görə xidmət haqqının məbləği Sifarişçinin yerləşdirdiyi elanda qeyd olunur və zəmanətli ödəniş qaydasını təmin etmək məqsədi ilə, Sövdələşmə bağlandıqdan sonra Sifarişçi tərəfindən Depozit hesaba köçürülür.
7.3. Sifarişçi tapşırığın bitməsini təsdiq edərək keyfiyyətlə, tam və vaxtında icra edilmiş işlərin nəticəsini İcraçıdan təhvil alır və bununla da xidmət haqqının İcraçıya ödənilməsinə razılıq verir. Bu razılıq əsasında Azdo Sifarişçinin Depozit hesaba köçürdüyü xidmət haqqını Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə İcraçının hesabına köçürülməsi üçün “PULPAL” MMC-yə tapşırıq verir.
7.4. Sifarişçi "İradnamə" düyməsini basdıqda Azdo Sifarişçinin Depozit hesaba köçürdüyü xidmət haqqını İcraçıya ödəmir.
7.5. İradnamə Azdo-nun internet saytında yerləşdirildiyi tarixdən 15 iş günü ərzində İcraçı bu qüsurları tam aradan qaldırımadıqda Azdo Sifarişçinin Depozit hesaba köçürdüyü xidmət haqqını Depozit hesaba xidmət haqqının köçürməsini təsdiq edən qəbzin şəklini və ya skrin-şotunu Azdoya təqdim edən Sifarişçinin hesabına Müqavilə və Sövdələşmə ilə müəyyən edilmiş qaydada və həcmdə köçürülməsi üçün “PULPAL” MMC-yə tapşırıq verir.
7.6. Azdo zəmanətli ödəniş qaydasını təmin etmək məqsədi ilə Sifarişçinin Depozit hesaba köçürdüyü xidmət haqqını İcraçıya ödənilməsi və ya Sifarişçiyə qaytarılması barədə İcraçı və Sifarişçiyə məlumat verir.
7.7. Xidmət haqqının İcraçıya ödənilməsi və ya Sifarişçiyə qaytarılmasından asılı olmayaraq Sifarişçi Sövdələşmə üzrə Depozit hesaba köçürdüyü xidmət haqqının komissiyasını göstərdiyi xidmətlərə görə Azdo-nun hesabına köçürür.
8. Sövdələşmənin müddəti, əlavə və dəyişikliklərin edilməsi və xitamı:
8.1. Sövdələşmə Sifarişçinin yerləşdirdiyi tapşırığının başlanmasından qüvvəyə minir və qeyri- müəyyən müddətə bağlanılır.
8.2. Sifarişçi və İcraçı biri digərinə 10 təqvim günü öncədən yazılı bildiriş verməklə, Sövdələşməyə birtərəfli qaydada xitam vermək hüququna malikdir.
8.3. Sövdələşməyə xitam verilməsi Sifarişçi və İcraçını bir-biri qarşısında bu Sövdələşməyə xitam verilənədək mövcud olan öhdəliklərinin icrasından azad etmir.
9. Məsuliyyət və təminat
9.1. ASövdələşmə üzrə öhdəliklərin keyfiyyətsiz və natamam icra edilməsinə və ya vaxtında icra edilməməsinə görə məsuliyyəti bu cür hallara yol vermiş Sifarişçi və ya İcraçı daşıyır. Bu hallara görə Azdo heç bir məsuliyyət daşımır.
9.2. Qanunvericiliklə nəzərdə tutulmuş vergi, büdcə və digər ödənişlər üzrə öhdəliklərinin, qanunvericilik, Müqavilə, “Azdo istifadə qaydaları”, Sövdələşmə və onların əlavələrinin, habelə Azdonun qəbul etdiyi daxili qayda və prosedurlarının onlara aid müddəalarının pozulmasına, vaxtında və tam icra edilməməsinə görə məsuliyyəti bu cür hallara yol vermiş Sifarişçi və ya İcraçı daşıyır. Bu hallara görə Azdo heç bir məsuliyyət daşımır. vaxtında və tam icra etməmələrinə görə Azdo heç bir məsuliyyət daşımır. Bunlara görə İstifadəçilər özləri məsuliyyət daşıyır.
9.3. İcraçı və Sifarişçi arasında Sövdələşmə və digər müqavilələrin bağlanmasında Azdo təşkilatçı, agent və ya nümayəndə kimi çıxış etmir və bu əqdlərin yaratdığı nəticələrə görə heç bir öhdəlik və ya məsuliyyət daşımır.
10. Mübahisələrin həlli
10.1. Sövdələşmə ilə tənzimlənən münasibətlər üzrə, o cümlədən Sövdələşmənin mətnində öz həllini tapmamış məsələlərlə əlaqədar Sifarişçi ilə İcraçı arasında yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir. Mübahisəli məsələləri danışıqlar yolu ilə tənzimləmək mümkün olmadıqda maraqlı tərəf mübahisənin həlli üçün Arbitrə müraciət edir. Mübahisəli məsələləri Arbitrin iştirakı ilə də tənzimləmək mümkün olmadıqda mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmədə həll edilir. Arbitr qismində Azdo çıxış edir.
11. Əlavə müddəalar
11.1. Sövdələşmə ilə tənzimlənməyən məsələlər qanunvericiliyə uyğun olaraq həll edilir.
11.2. Sövdələşmə Azərbaycan dilində tərtib edilmişdir.
11.3. Sövdələşmənin bir və ya bir neçə müddəasının etibarsız və ya hüquqi qüvvəyə malik olmayan hesab edilməsi Sövdələşmənin qalan müddəalarının etibarlılığına və qanuniliyinə təsir etmir.
11.4. Sövdələşmə ilə əlaqədar Azdoya ünvanlanmış müraciət, təklif və iradlar, habelə səlahiyyətli şəxslərin sorğuları fiziki Bakı şəh., Nəsimi r-nu, S. Vurğun küç. 25, m. 59 və support@azdo.az elektron ünvanlarına göndərilməlidir.
11.5. Sövdələşmə, ona aid sənəd və məlumatlar səlahiyyətli orqanların rəsmi tələbi ilə tələb edən orqanlara təqdim edilə bilər.