Tapşırıqlar necə verilir
Tapşırığın adı mahiyyətinə uyğun və mümkünsə, səhvsiz olmalıdır. Bütün tapşırığı başlıqda təsvir etməyə ehtiyac yoxdur - bunun üçün tapşırığın təsviri bölməsi mövcuddur. Nəzərə alın ki, bu bölmədə xidmət təklif etmək olmaz.
Siz işin başlama tarixi və saatını, tamamlanma tarixi və saatını, hətta görülmə müddətini belə qeyd edə bilərsiniz.
Nəzərə alın ki, vaxtı bitmiş tapşırıqlara icraçılar təklif göndərə bilməyəcəklər.
Təsvir uzun olmamalıdır, lakin iсraçılara nə tələb olunduğunu başa düşməlidir, əks halda onlar tapşırığı düzgün qiymətləndirə bilməyəcəklər.
Bəzi hallarda icraçılara şəkil vasitəsilə tapşırıqları qiymətləndirmək daha rahat olur. Məsələn, təmirə ehtiyacı olan paltaryuyan maşının şəklini əlavə etməklə siz model nömrəsini qeyd etməyə bilərsiniz. Şəkil bölməsində yalnız tapşırığa aid şəkilləri əlavə edin.
Əksər hallarda detallar tələb olunmur, lakin bəzilərini qeyd etməklə, icraçılardan daha yaxşı təkliflər əldə edə bilərsiniz.
Təsadüfi seçim etməyin - "Növbəti" düyməsinə keçərək bu bölməni tərk edə bilərsiniz.
Tapşırığa görə ödəyəcəyiniz büdcəni qeyd edin. İcraçılar öz qiymətini təklif edəcəklər və bu, büdcənizdən aşağı ola bilər.
Büdcəni şişirtmək yaxud çox aşağı qeyd etmək məsləhət görülmür, nəticədə təklifləriniz az olacaq.
Aşırı yüksək və ya aşağı büdcə göstərməyin, çünki bu, təkliflərin sayını azalda bilər.
Tapşırıq yerləşdirildikdən sonra ya müəyyən bir icraçıya tapşırığı təklif edə bilərsiniz, ya da digər icraçıların cavablarını gözləyə bilərsiniz. Cavablar gəldikdən sonra qiymət və keyfiyyət baxımından sizin üçün ən uyğun icraçını seçə bilərsiniz.
Ödəniş üsulları:
Tapşırığı yaratdıqda aşağıdakı ödəniş üsullarından birini seçə bilərsiniz:
- Zəmanətli Sövdələşmə - vəsait iş tamamlanana qədər bloklanır və yalnız hər iki tərəf tapşırığı yerinə yetirilmiş olaraq qeyd etdikdən sonra icraçıya köçürülür. Bunun üçün İcraçının VÖEN-i olmalı və Ödənişlərin Qəbulu Müqaviləsi bağlanmalıdır.
Zəmanətli Sövdələşmə olmadan ödəniş üsulları:
- Nağd ödəniş — nağd və ya birbaşa icraçıya köçürmə yolu ilə ödəniş.
- Hesab üzrə ödəniş — hüquqi şəxslər üçün uyğundur. İcraçılar yalnız VÖEN-i olduqda təklif göndərə bilər, çünki VÖEN-siz onlar hesab üzrə ödənişi qəbul edə bilməzlər.
Diqqət: Tapşırığı yaratarkən Zəmanətli Sövdələşmə ödəniş üsulunu seçməsəniz də, icraçı öz təklifini göndərəndə Zəmanətli Sövdələşmə ilə ödəniş üsulunu təklif edə bilər. Əgər belə bir icraçını seçsəniz, ödənişi Zəmanətli Sövdələşmə ilə həyata keçirməli olacaqsınız.
Zəmanətli Sövdələşmə təhlükəsiz və şəffaf əməliyyatlar üçün tövsiyə olunur.
Tapşırıq dərc edildikdən sonra icraçılardan təkliflər gələcək - yeni təkliflər haqqında məlumat e-poçtunuza və daxili çata göndəriləcək.
İlk icraçını seçmək məsləhət görülmür, bir neçə variantı müqayisə etsəniz daha yaxşı nəticə əldə etmiş olarsız. Reytinq və rəylərə baxın. İstənilən məsələni aydınlaşdırmaq istəyirsinizsə, çata yazın.
Əgər siz icraçı ilə digər qiymətə razılaşmısınızsa, o zaman onun təklifini dəyişdirməyə ehtiyac yoxdur – son qiyməti icraçının işinə rəy verərkən qeyd edə bilərsiniz.
Qiymətləndirmə çox vacibdir – nəticənin yaxşı yaxud pis olduğundan asılı olmayaraq.
Birincisi, yaxşı qiymət icraçı üçün bəxşişdir, çünki reytinqi nə qədər yaxşı olarsa, bir o qədər çox sifariş alacaq.
İkincisi, mənfi qiymət ilə icraçını həqiqətən cəzalandıracaqsınız, çünki o, mütləq bir neçə sifarişini itirəcək. Xahiş edirik! Qərar qəbul edərkən, məsuliyyətli olun!
Üçüncüsü, AZDO-da gördüyü işin qiymətini göstərməklə icraçı xidmətini bu qiymətə görməyə borcludur. Əgər o, qiymətini dəyişərsə və siz bu barədə bizə məlumat versəniz, o zaman icraçıya qarşı tapşırıqlara girişi məhdudlaşdırmağa qədər tədbirlər görülə bilər.