AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Təkliflərin yerləşdirilməsinə dair abonementlər

Abonemetlərin iki növü mövcuddur: Tapşırıqlar kateqoriyası və müəyyən məbləğ üzrə abonemetlər.

Tapşırıq kateqoriyasına abonement seçilmiş kateqoriyadakı bütün tapşırıqlara məhdudiyyətsiz təkliflər vermək imkanı yaradır. Belə abonementləri hər hansı bir tapşırıqların kateqoriya və alt kateqoriyaları üzrə əldə etmək olar.

Müəyyən məbləğə abonementi, abonementin nominal məbləği çərçivəsində istənilən tapşırıq kateqoriyasında ödənişli təkliflər yaratmağa imkan verir. Bununla yanaşı bu abonementin qiyməti öz nominal dəyərindən aşağıdır.

Abonementin dəyəri, alış zamanı İcraçının hesabından çıxılır, bunun üçün AZDO hesabınızda müvafiq məbləğ olmalıdır.

Abonementləri necə almaq olar

İcraçı statusunuzu əldə etmək üçün məlumatlarınızı təqdim etdikdən sonra şəxsi kabinetinizdə "Abonementlər" bölməsi görünəcək və siz orada aldığınız bütün abonementləri görəcəksiniz, eləcədə istənilən kateqoriya və ya müəyyən məbləğə dair abonementləri əldə edə biləcəksiniz.

Abonemetlərin rəsmiləşdirilməsi şəxsi hesabınızdan və səhifənin yuxarısında portretinizdə açılan siyahıdan "Abonemetlər" bölməsinə keçid etməklə mümkündür.

Müəyyən məbləğ üzrə abonement üçün həmin abonementin nominalı göstərilir, yəni ödənişli təkliflərin yerləşdirməsi üçün xərclənən məbləğ və qiyməti - AZDO hesabınızdan bu abonementin alındığından sonra silinəcək məbləğ.

Kateqoriyaya üzrə abonementin qiyməti müvafiq kateqoriyanın və ya alt kateqoriyanın qarşısında göstərilir. Abonementin istiadə müddətini seçərək (7-dən 365 günədək) siz ümumi cəm qiyməti görəcəksiniz. Abonementin müddəti nə qədər çox olsa, bir o qədər də endirim böyük olacaq.

İstənilən abonement sayını seçin və "Seçilən abonementləri ödəmək" düyməsinə keçid edin. Düymənin özündə seçilmiş abonementlərin ümumi dəyəri qeyd olunacaq. Təsdiq etdikdən sonra müvafiq məbləğ Azdo hesabınızdan silinəcək və abonementlər aktivləşdiriləcək.

Ödəmə üçün hesabda kifayət qədər vəsait olmalıdır. Hesabı necə artırmalı

Hesabdakı vəsait kifayət deyilsə, sistem hesabınızı artırmaq üçün rahat üsullar seçməyi təklif edəcək.

Abonement əldə etmək

Abonementin faydası nədədir

Kateqoriyaya üzrə abonementlər, konkret kateqoriya üzrə çalışmağa qərar verən İcraçılara olduqca sərfəlidir və onlar orada minimal xərclər ilə maksimal gəlir əldə edəcəklərinə əmindirlər.

Kateqoriya üzrə abonementlər birdəfəlik ödənişli təkliflərlə müqayisədə bir sıra üstünlüklərə malikdir:

  • Hər bir təklif üçün ödəmə etdiyiniz zaman, tapşırıqları xüsusi diqqət yetirərək yalnız, sizin fikrinizcə, ən yüksək sifariş alma ehtimalı olan tapşırıqlara təklif göndərməyə çalışacaqsınız.
    Bu zaman yaxşı gəlir gətirə biləcək bir çox tapşırıqları qaçıracaqsınız.
    Abonement ilə təkliflərin yerləşdirilməsi daha sərbəst olur.
    Tapşırıqların sayına nəzarət edin. Diqqətli olun, vaxtında tamamlaya bilməyəcəyiniz tapşırıqları üzərinizə götürməyin.

  • Bu, daha sərfəlidir. Bütün abonementlərin qiymətləri birdəfəlik təkliflərin dəyərindən ən azı 20% aşağıdır. Hesablamalar İcraçı tərəfindən təqdim edilən təkliflərin orta sayına əsasən edilib. Uzunmüddətli abonementlərdən maksimum gəlir əldə etmək olar!

  • Abonementə bağlı kateqoriyalarda reytinq 25% daha sürətlə artır! Reytinq İcraçılar siyahısında daha yüksəlməyə və daha çox tapşırıq almağa imkan verir. Yüksək reytinq qazandıqdan sonra, yalnız ən sərfəli tapşırıqları seçə bilərsiniz: Sifarişçilər özləri sizi axtarıb tapacaq! Reytinq haqda ətraflı

İstənilən kateqoriya üzrə Abonementin rəsmiləşdirməsi bu kateqoriyada yeni tapşırıqlar haqqında bildirişləri avtomatik olaraq aktivləşəcək. Bildirişlər haqqında ətraflı

Əgər Azdo ilə artıq ciddi əməkdaşlır edirsinizsə və eyni zamanda tapşırıqları geniş çeşidli kateqoriya sırasından seçirsinizsə, müəyyən məbləğ üzrə abonementlər sizə uyğun olacaq. Bu halda kateqoriya üzrə abonement sizə uyğun olmaz, amma müəyyən bir məbləğdə abonement almaqla siz bütün kateqoriyalarda təkliflər yerləşdirə bilərsiz və hətta bu cür abonementlərin nominal dəyəri ilə müqayisədə endirimlə satıldığına görə qənaət edəcəksiniz.
Abonement almaq