İcraçılar uğurlu başlanğıc üçün nəyi bilməlidir?

Dərhal çoxlu sifariş və stabil gəliri əldə ədərək işə effektiv başlamaq üçün  aşağıda göstərilən bir neçə sadə addımları atmaq kifayətdir!

1. Nəyi etmək olmaz haqqında öyrənin

İcraçı statusunu itirə biləcəyiniz [pozuntular] ilə mütləq tanış olun!

2. Profilinizi düzgün tərtib edin

Profiliniz AZDO-daki simanızdır! Profilinizin düzgün tərtib olunması daha çox müştəriləri cəlb edəcək.

Profilin yaradılmasına dair ətraflı tövsiyələr və məsləhətlər burada.

AZDO hesabınızı artırın

Tapşırıqlara təklif göndərmək və Sifarişçilərə xidmətləri təklif etmək ödənişlidir, odur ki, sərfəli təklifləri qaçırmamaq üçün hesabınıza nəzarət edin.

Hesabınızı artırmaq barəsində daha ətraflı məlumat burada

Hansı kateqoriyaların tapşırıqlarını yerinə yetirəcəyinizi müəyyən edin.

Qeydiyyatdan dərhal sonra, AZDO sizə 24 saat ərzində Sifarişçılərə pulsuz təkliflərinizi yerləşdirə biləcəyiniz kateqoriyasını seçməyə imkan verir. Bu, servisin necə işlədiyini anlamağa və öz pulunuzu xərcləmədən ilk gəliriniz əldə etməyə kömək edəcək. [Burada daha ətraflı oxuyun].

Sonradan tapşırıqlara verilən cavablara görə sizə rahat olan ödəniş qaydasını seçməlisiniz. Xidmət təklifinin iki ödəniş üsulu mövcuddur.

  • Üsul 1.Ödənişli təkliflər yerləşdirmək

İstənilən kateqoriyada hər hansı bir təklif üçün ödənişli təklif yerləşdirə bilərsiniz. Bütün tapşırıq növləri üçün qiymətlər fərqli ola bilər.
Bu üsul müəyyən bir təklif kateqoriyasını seçməyinizi təmin edir. Lakin, qiymət baxımından ən sərfəli deyil və müxtəlif sahələrdə özlərini sınamaq istəyən yeni istifadəçilər üçün daha münasibdir.
[Daha ətraflı məlumat]

  • Üsul 2. Abonement almaq
    İki növ abonement mövcuddur: Tapşırıqlar kateqoriyası və müəyyən bir məbləğ üzrə.
    Tapşırıq kateqoriyasına abonement seçilmiş kateqoriyadakı bütün tapşırıqlara məhdudiyyətsiz təkliflər vermək imkanı yaradır.Belə abonementləri hər hansı bir tapşırıqların kateqoriya və alt kateqoriyaları üzrə əldə etmək olar.

Beləliklə, sevdiyiniz kateqoriyalar üzrə minimal xərclərlə maksimal sifarişlər əldə edəcəksiniz! Bu, artıq çalışma istiqamətini müəyyən edən İcraçılara uyğundur.

Vacibdir! Abonementə bağlı kateqoriyalarda, İcraçının reytinq 25% daha sürətlə artır!
Müəyyən bir məbləğ üzrə abonement, məbləğinə müvafiq olaraq ödənişli təkliflər yeləşdirmək imkanı yaradır, abonement onun nominal dəyərindən aşağıdır və İcraçıya qənaət etməyə imkan verir.
Müəyyən məbləğ üzrə abonement AZDO-da ciddi işləməyə qərar verən, müxtəlif kateqoriya tapşırıqlarını qəbul edən, sevimli kateqoriyasını hələ də seçə bilməyən İcraçılar üçün uyğundur.
Abunəliklər haqqında ətraflı.
Reytinqlər haqda ətraflı
Abonement almaq

Yeni tapşırıqları izləyin.

İcraçı olub, profilinizdə hər hansı bir kateqoriyada yeni tapşırıqlar haqqında bildirişlərə abunə ola bilərsiniz. Yeni tapşırıqlar haqda bildirişlər sizə daxili AZDO çatı, e-mail və push-notifications vasitəsilə gələ bilər.

Siz həmçinin sadə və rahat filtr sistemindən istifadə edərək tapşırıqlar axtara bilərsiniz. [Daha ətraflı]

Siz həmçinin sadə və rahat filtr sistemindən istifadə edərək tapşırıqlar axtara bilərsiniz. Daha ətraflı

Təkliflərinizi maraqlı edin və vaxtında yerləşdirin.

Sizi tez-tez İcraçı seçmək üçün tapşırıqlara dərhal cavab verin və öz xidmətləriniz və imkanlarınız haqda ətraflı, savadlı bir dildə və səhvsiz təsvir etməyə çalışın.

Müştəri qiyməti müəyyən etmədikdə və ya işin qiymətini çox aşağı göstərdiyində narahat olmayın. Öz təklifinizdə siz həmin tapşırığı yerinə yetirməyi hazır olduğunuz öz məbləğinizi təklif edə bilərsiniz. Sifarişçilər çox vaxt İcraçının təklif etdiyi qiymətlə razılaşır. Eyni zamanda, unutmayın ki, çox yüksək qiymət verdiyiniz halda, digər İcraçılar asanlıqla daha aşağı qiymət verə bilərlər.

Təklifinizi yerləşdirmək üçün "Xidmət təklif etmək" düyməsini basın. Təklifiniz Müştəriyə göstəriləcək və maraqlandığı təqdirdə o, sizi öz tapşırığının icraçısı kimi seçəcək və telefonla əlaqə saxlayacaq. Əlaqəda olun! Qiymət təklifiniz Sifarişçi tərəfindən göstərilən büdcədən fərqlənirsə, qiymətinizi əsaslandırmağa çalışın.

Cəlbedici təkliflər haqqında ətraflı məlumat əldə edin.

Müştəri ilə ünsiyyət qaydalarını pozmayın

Vacibdir! Şərhlərdə hər hansı əlaqə məlumatı göstərmək qadağandır: telefon, e-mail, üçüncü tərəfin servislərinə istinad. Sizin əlaqə nömrəniz tapşırığa yazdığınız təklifdə göstərilir.Kommentlər yalnız tapşırığın detallarını aydınlaşdırmaq üçün mövcuddur: flud, təhqir və tapşırıq mövzusundan kənar istənilən ünsiyyət AZDO qaydalarını pozması kimi qiymətləndirilə bilər və İcraçını statusundan məhrum edə bilər və ya ona ban qoyula bilər.

Şərhlə bağlı ətraflı məluma.

Müştəri ilə təkbətək ünsiyyət yalnız sizi İcraçı seçdikdən sonra mümkündür. Bundan sonra o, sizin, siz isə onun kontaktlarını görəcəksiniz və tapşırığın icrasını koordinasiya etmək üçün əlaqə qura biləcəksiniz.

İcraçı seçildikdə dərhal cavab verin.

Təklifiniz Sifarişçi üçün maraqlı olarsa və o, sizi İcraçı təyin edirsə, o zaman çox güman ki, o, sizinlə dərhal əlaqə saxlayacaq. Həmişə əlaqədə olmağa çalışın! Ünsiyyət qurarkən, nəzakətli olun, müştərinin bütün suallarına cavab verin, unutmayın ki, müştəri sizdən fərqli olaraq müzakirə olunan sualda peşəkar olmalı deyil. Rabitə iki yolla baş verə bilər:

  • Sifarişçi sizə zəng edəcək. Telefonla müştərinizlə şərtlərinizi və işin məğzini daha ətraflı müzakirə edə bilərsiniz.
  • Sifarişçi daxili Azdo çatına sizə yazacaq. Çatda bütün detalları müzakirə etdikdən sonra siz sifarişin icrasına başlaya bilərsiniz.

Sifarişçi sizi İcraçı seçəndən dərhal sonra siz Sifarişçinin adı və telefon nömrəsi ilə sms-, push- və ya e-mail-xəbərdarlıq alacaqsınız.

Dərhal Sifarişçiyə zəng etməli, salamlayaraq (sizə göstərdiyi etimada görə ona təşəkkürünü bildirməyə tövsiyə edirik), tapşırığın bütün detallarını müzakirə etməli və işə başlamaq üçün vaxtın razılaşdırılması. Bundan əlavə, ödəniş şərtlərini təsdiqləməyi unutmayın: öncədən ödəmə və ya əvvəlcədən ödənişlə və ya nağd ya da köçürülmə yolu ilə ödəmə şərtlərini müəyyənləşdirin.

Sifarişçi haqqında rəy bildirin və Sifarişçidən haqqınızda rəy bildirməyi xahiş edin.

Tapşırığı yerinə yetirdikdən sonra, İcraçı və Sifarişçi qarşılıqlı rəy yazırlar. Rəylər - Azdo-un çox əhəmiyyətli hissəsidir Aldığınızı rəylərə əsasən Sifarişçilər sizə etibar edib etməməsi barədə qərar verəcək. Haqqınızda rəylər nə qədər yaxşı olsa, sifarişləriniz çoxalar və gəliriniz artar. Həmçinin, rəylərə əsasən Sifarişçiyə etibar edib etməmək haqda qərar vermək olar.

Tapşırığı yerinə yetirməyiniz barədə qeyd etdikdən sonra siz Sifarişçini qiymətləndirə və barəsində rəy yaza bilərsiniz. Sifarişçidən barənizdə rəy yazmağını xahış edin!

Vacibdir! Əgər sifarişçi işinizdən razı qaldıqda, sonradan AZDO-dan kənarda da sizə sadəcə zəng etməklə və ya messencerdə yazmaqla iş təklif edəcək. Ona görə AZDO-da əvvəlcədən hazırlanmış tapşırıq şablonunun Sifarişçiyə göndərilməsi məsləhət görülür ki, o, vaxt itirmədən bu tapşırığı AZDO-da sizə həvalə etsin. Bu, yalnız tapşırığın ödənişini deyil, gələcəkdə gəlirinizi artıra biləcək müsbət rəy də almağa imkan verir. Şablonlardan istifadə edən İcraçılar hamıdan tez müsbət rəylər alırlar.

Şablonlar haqda ətraflı məlumat.

AZDO süni rəy artırılmasının qarşısını almaq üçün müsbət rəyləri dəqiqliyi ilə yoxlayır. Mənfi rəylər barədə mübahisə etmək olar.

Rəyləri nəzərdən keçirmək üçün ətraflı
Mənfi rəylər haqqında mübahisələr haqqında ətraflı