AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Tapşırıqlar şablonları

«Mənim tapşırıqlarım» bölümündə yerləşən istənilən tapşırıqda «Şablon kimi saxlamaq» düyməsini basıb, həmin tapşırığın şablonunu yadda saxlaya bilərsiniz.

Bütün şablonlar «Mənim tapşırıqlarım» bölməsindəki «Şablon» alt bölməsində yerləşir. Burada «Yeni şablon» düyməsinə keçid edərək istədiyiniz şablonu yarada bilərsiniz.

Saxlanılan şablonlardan istifadə edərək, sürətlə tapşırıqları yaratmaq imkan yaradır. Bundan əlavə, İcraçı, müvafiq düyməyə keçid edərək potensial müştərilərlə istənilən şablonları paylaşa bilər. Alınan  linklərə keçid edərək, Sifarişçi tapşırıqları dərhal yerləşdirə bilir və bu tapşırığı yerinə yetirmək üçün sizə İcraçı olmaq dəvəti gəlir!

Beləliklə, işinizdən məmnun qalan Sifarişçi tapşırığı sizə AZDO vasitəsilə deyil, ismarıc və ya zəng etməklə təklif etdiyi halda, siz ona istədiyiniz şablonu göndərib, tapşırığı AZDO-da qeyd etməkdən azad edirsiz. Bununla siz Sifarişçinin vaxtına qənayət etmiş olursuz. Nəticədə, tapşırığı tamamlayaraq həm pul, həm də müsbət rəyi əldə edəcəksiz!

Müsbət rəylər olduqca önəmlidirməhz onlar İcraçıların əsas seçim meyarıdır. Onlar nə qədər çox olsa, bir o qədər çox qazanc əldə edəcəksiniz.

Rəylər haqqında ətraflı.