Tapşırıqlara dair təkliflərin yerləşdirilməsi və ödənilməsi
İcraçı Sifarişçiyə öz xidmətlərini təklif etmək, sifarişçinin tapşırığına geri dönərək onun yerinə yetirməsi üçün təklifini yerləşdirməlidir. Tapşırığı yerləşdirən Sifarişçi bütün təklifləri görür və əgər sizin təklifiniz diqərilərdən daha cəlb edici olsa, o sizi öz tapşırığının İcraçısı seçəcək.
Əgər İcraçı müvafiq tapşırıq kateqoriyası üzrə abonement əldə etmirsə (Abonementlər haqqında daha ətraflı, tapşırığa cavab vermək üçün onun kateqoriyasına əsasən müəyyən bir məbləğ ödəməlidir.
Təklifin qiyməti "Xidmət təklif et" düyməsində göstərilir.
Göstərilən məbləğ Azdo daxili hesabınızdan təklifi yerləşdirdiyinizdən sonra dərhal silinir, buna görə hesabınızda kifayət qədər məbləğin olması vacibdir. Sərfəli Sifarişləri qaçırmamaq və təklifləri yerləşdirmək imkanını əldən verməmək üçün hesabınıza nəzarət edərək, vaxtlı-vaxtında artırmaq lazımdır. (Hesabın artırılması haqqında daha ətraflı)
AZDO hesabına yatırılan pul geri qaytarıla bilər (Vəsaitlərin qaytarılması barədə daha ətraflı). Tapşırığın moderator tərəfindən servis qaydalarının pozulması səbəbindən ləğv edilməsi halları istisna olmaqla, təkliflərin yerləşdirilməsinə xərclənən vəsait geri qaytarılmır.
İcraçı müəyyən bir məbləğə dair abonement əldə edibsə, təklifin yerləşdirilməsi üçün vəsait AZDO hesabından deyil, abonementin nominal dəyərindən silinəcəkdir. (Abonementlər haqqında daha ətraflı)