AZDO bilik bazası

База знаний AZDO

Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.

Cəlbedici təklifi necə yaratmalı

Sifariş almaq üçün adətən bir neçə təklif yerləşdirməlisiniz. Sizin davamlı İcraçı seçilməyiniz bir neçə amildən asılıdır:

Çeviklik

Sizin davamlı İcraçı seçilməyiniz üçün, tapşırıq dərc edildikdən sonra təklifləri dərhal və ya mümkün qədər əvvəl yerləşdirməyə çalışın. Bunu etmək üçün, yeni tapşırıqların bildirişlərinə abunə olmanız və saytda sifarişlər lentini tez-yez izləmək lazımdır. [Bildirişlərə abunə olmaq haqqında ətraflı məlumat]

Bildirişlərə abunə olmaq haqqında ətraflı məlumat.

Təklifin keyfiyyəti

Təklif nəzakətli və qrammatika baxımdan düzgün ifadə ediməlidir ki, Sifarişçidə haqqınızda müsbət təəssürat yaransın. Sifarişçi sizi seçdiyinin səbəbini aydın anlamalıdır.

Sizin reytinq və rəyləriniz

Yüksək reytinq və müsbət rəylər sizin icraçı olma şansınızı artırır. Müsbət rəylər nə qədər çox olsa, bir o qədər seçilmə şansınız çox olacaq.

Reytinq haqda ətraflı
Rəylər haqda ətraflı

Təkliflərdə nə yazmalı

Təklifi ətraflı və eyni zamanda mövzudan kənar çıxmadan tərtib etmək lazımdır. Unutmayın ki, Sifarişçi çox güman ki, müxtəlif İcraçılardan bir neçə təklif alacaq və təklifiniz onda ən xoş təəssüratlar yaratmalıdır.

Ətika və danışıq normalarına riayət edin: Mütləq salam verin, Sifarişçiyə "siz" deyə müraciət edin, ədəbli və nəzakətli olun.

Əməkdaşlıq şərtlərini aydın şəkildə göstərin, icra müddətini, ödəniş üsulunu müəyyənləşdirin. Hər hansı bir sualınız və ya qeyri-dəqiqlik varsa, onları təklifinizdə qeyd edin. Bütün anlaşılmaz məqamları təklifinizdəki şərhlərdə əvvəlcədən aydınlaşdırın.

Sifarişçiyə sizin ən yaxşı namizəd olduğunuzu göstərən bütün müsbət keyfiyyətlərinizi sadalayın. Əgər mövcuddursa, sifarişçinin diqqətini profilinizdəki tapşırıqların və rəylərin sayına cəlb edin.

Bacarıqlarınız və təcrübənizi təsvir edin. Bəzən portfolionuz sizin əvəzinizə daha yaxşı danışacaq, Sifarişçiyə portfolionuza baxmağa dəvət edin.

Təklif edilən mükafat gözləntilərinizə uyğun deyilsə, təklifdə öz qiymətinizi göstərməyə utanmayın. Təklif olunan qiymət nisbətən yüksək olsa belə, amma İcraçı müsbət rəyləri ilə yanaşı digər icraçılardan operativdirsə, bu halda Sifarişçilər adətən güzəştlər edirlər.

Və əksinə, Sifarişçinin diqqətini cəlb etmək üçün göstərilən qiymətdən aşağı qiymət təklif edə bilərsiniz. Sizin əla rəylərdən ibarət adınız olmadığı halda bu aktual ola bilər.

Hər kateqoriyada və alt kateqoriyada minimum qiymətlər təyin edilib. Sifarişçi tapşırıqların dəyərini ondan aşağı təyin edə bilməz. İcraçı, öz növbəsində, alt kateqoriyada göstəriləndən minimum qiymətdən aşağı qiymət təklif edə bilməz — beləliklə, biz dempinqin (qiymətlərin süni azaldılmasını) qarşısını alırıq.

Vacibdir! Şərhləri yalnız detalları dəqiqləşdirmək üçün istifadə edin, əgər siz Sifarişçi ilə əməkdaşlıq etmək istəyirsinizsə, o zaman təkliflərinizi göndərin.

Şərhlər haqqında ətraflı məlumat

Təklif şablonları

Rahatlıq üçün təklif şablonlarını yadda saxlayın  və daim oxşar tapşırıqlarda istifadə edin. Bu, vaxtınıza qənaət edəcək və yeni sifarişlərə daha operativ cavab verə biləcəksiniz.

Təklifi əlavə etmək bölməsində şablon yarada bilərsiniz.

Təkliflərin silinməsi

Təklifi yalnız tapşırığı yerinə yetirəcəyinizə əmin olduğunuz halda yerləşdirin: Bütün şərtlərə riayət edəcəksiniz, keyfiyyətli və vaxtında icra edəcəksiniz. Əks təqdirdə, reytinqinizi mənfi rəylərlə korlayacaq sifarişçilər qazanacaqsınız.

Sizi İcraçı seçməyənə qədər, bütün təkliflərinizi müstəqil surətdə silə bilərsiniz.