İcraçının reytinqi: necə hesablanır və nə üçün lazımdır
Reytinq nədir və necə hesablanır
Reytinqi orta qiymətləndirmə ilə qarışdırmayın. Orta qiymət tapşırıqların tamamlanması nəticəsində hesablanır, bu qiymət həm İcraçılarda, həm də Sifarişçilərdə mövcuddur.
Reytinq yalnız İcraçılarda var, o, İcraçının digər icraçılara nisbətən yerini təyin edir. Eyni zamanda Azdo-da hər bir kateqoriya və alt kateqoriyalara dair reytinq aparılır.
Hər kateqoriyada reytinq İcraçıların ilk tapşırıqlarını tamamladıqda peyda olur və gün ərzində bir dəfə yenilənir.
İcraçı adının yanındakı narın içində, İcraçının kateqoriyalar üzrə sahib olduğu ən yüksək reytinqi göstərilir. Kursoru narın üzərinə gətirdikdə İcraçının kateqoriyalar üzrə bütün yerləri və balları göstərilir. Nar düyməsinə keçid edərkən bütün kateqoriyalar üzrə reytinq hesabatı olan səhifəyə keçid edirsiz.
Tamamlanmış tapşırıqların müqabilində İcraçının Sifarişçilərdən aldığı qiymətə əsasən İcraçıya aşağıdakı reytinq balları verilir:
- 90 gün ərzində aldıqları hər müsbət rəyə görə 3 bal əlavə olunur;
- 91-365 gün ərzində aldıqları hər müsbət rəyə görə 1 bal əlavə olunur;
- 90 gün ərzində aldıqları hər neytral rəyə görə 3 bal çıxılır;
- 91-365 gün ərzində aldıqları hər neytral rəyə görə 1 bal çıxılır;
- 90 gün ərzində aldıqları hər mənfi rəyə görə 15 bal çıxılır;
- 91-365 gün ərzində aldıqları hər mənfi rəyə görə 5 bal çıxılır.
Abonementin müddəti ərzində kateqoriya reytinqi 25% daha sürətlə artır! Abunəliklər haqqında ətraflı məlumat
Son 3 ay ərzində alınan müsbət rəylər reytinqə ən böyük təsir göstərir, ona görə də hər tapşırıqdan sonra onları qəbul etmək və bildirmək olduqca vacibdir. Sifarişçi rəy bildirməyi unutduğu təqdirdə, bu barədə ona xatırlatma etməkdən çəkinməyin. Bu, reytinqi sürətlə artırmağa və yeni sifarişləri əldə etməyə kömək edəcək.
Reytinqi nə azaldır
- Tapşırıqların aşağı qiymətləri reytinqi azaldır, odur ki nəzakətli olmağa və işinizi keyfiyyətlə yerinə yetirməyə çalışın.
- Tapşırıqların mənfi qiymətləri. Onlar nə qədər aşağı olsa, bir o qədər də reytinq artımı az olacaq. Yerinə yetirilməmiş tapşırıqların mənfi qiymətləri də nəzərə alınır.
- Yoxlamadan sonra, İcraçının təqsiri ucbatından arbitraj tərəfindən"icra edilməyib" statusu verilərkən.
- Servisdə аktivliyin olmaması. Tapşırıqları sizə nisbətən daha tez tamamlayan İcraçılar, reytinqdə sizi ötəcəklər.
İcraçı 3 ay ərzində heş bir tapşırığı yerinə yetirmədikdə, onun reytinqi gizlədilir. Yeni bir təklif əlavə edilərkən, bütün keçmiş nailiyyətləri nəzərə alınaraq hesablanmağa başlanır və növbəti uğurla tamamlanan tapşırıqdan sonra tam bərpa edilir.
Reytinq nə üçün lazımdır?
-
İcraçının profilində göstərilmə
Rəylərlə yanaşı, reytinq Sifarişçiyə öz tapşırıqlarının yerinə yetirilməsi üçün daha təcrübəli İcraçını təyin etməyə imkan yaradır, bu ona görədir ki sizin bütün tapşırıqlar kateqoriyaları üzrə reytinqiniz profilinizdə əks olunur. -
Təklifləriniz təkliflər siyahısında yuxarıda göstərilir
İcraçıların tapşırıqları yerinə yetirmək üçün təklifləri reytinqə görə sıralanır. Yəni, daha yüksək reytinqli İcraçıların təklifləri yuxarıda yerləşir və Sifarişçilər onları birinci görür. -
Fərqlənmə nişanların alınması
Əgər İcraçı istənilən kateqoriyada TOP-1, TOP -10, TOP -50, TOP -100, TOP -500 reytinqinə daxildirsə, ozaman takliflər siyahısında onun adının qarşısında xüsusi fərqlənmə nişanı nümayiş ediləcək.
Həmçinin, bütün fərqlənmələr İcraçının profilində göstərilir. Sifariş haqqında ətraflı məlumat
Fərqlənmə nişanları Sifarişçilərin diqqətini sizin profilə cəlb edir, etibarını artırır və xidmətlərin daha yüksək qiymətini əsaslandırır.
- İcraçıların siyahısında daha yüksək yerləşdirmə
Reytinqiniz nə qədər yüksək olsa, İcraçılar kataloqunda siz bir o qədər yuxarıda yer alacaqsınız Kataloq səhifəsinə keçid. Siyahının yuxarısında yerləşən İcraçılari Sifarişçilər tez-tez öz tapşırıqları üçün təklif yerləşdirməyə dəvət edirlər.