Tapşırıqlar necə verilir
Tapşırığın adı mahiyyətinə uyğun və mümkünsə, səhvsiz olmalıdır. Bütün tapşırığı başlıqda təsvir etməyə ehtiyac yoxdur - bunun üçün tapşırığın təsviri bölməsi mövcuddur. Nəzərə alın ki, bu bölmədə xidmət təklif etmək olmaz.
Siz işin başlama tarixi və saatını, tamamlanma tarixi və saatını, hətta görülmə müddətini belə qeyd edə bilərsiniz.
Nəzərə alın ki, vaxtı bitmiş tapşırıqlara icraçılar təklif göndərə bilməyəcəklər.
Təsvir uzun olmamalıdır, lakin iсraçılara nə tələb olunduğunu başa düşməlidir, əks halda onlar tapşırığı düzgün qiymətləndirə bilməyəcəklər.
Bəzi hallarda icraçılara şəkil vasitəsilə tapşırıqları qiymətləndirmək daha rahat olur. Məsələn, təmirə ehtiyacı olan paltaryuyan maşının şəklini əlavə etməklə siz model nömrəsini qeyd etməyə bilərsiniz. Şəkil bölməsində yalnız tapşırığa aid şəkilləri əlavə edin.
Əksər hallarda detallar tələb olunmur, lakin bəzilərini qeyd etməklə, icraçılardan daha yaxşı təkliflər əldə edə bilərsiniz.
Təsadüfi seçim etməyin - "Növbəti" düyməsinə keçərək bu bölməni tərk edə bilərsiniz.
Tapşırığa görə ödəyəcəyiniz büdcəni qeyd edin. İcraçılar öz qiymətini təklif edəcəklər və bu, büdcənizdən aşağı ola bilər.
Büdcəni şişirtmək yaxud çox aşağı qeyd etmək məsləhət görülmür, nəticədə təklifləriniz az olacaq.
Tapşırıq dərc edildikdən sonra icraçılardan təkliflər gələcək - yeni təkliflər haqqında məlumat e-poçtunuza və daxili çata göndəriləcək.
İlk icraçını seçmək məsləhət görülmür, bir neçə variantı müqayisə etsəniz daha yaxşı nəticə əldə etmiş olarsız. Reytinq və rəylərə baxın. İstənilən məsələni aydınlaşdırmaq istəyirsinizsə, çata yazın.
Əgər siz icraçı ilə digər qiymətə razılaşmısınızsa, o zaman onun təklifini dəyişdirməyə ehtiyac yoxdur – son qiyməti icraçının işinə rəy verərkən qeyd edə bilərsiniz.
Qiymətləndirmə çox vacibdir – nəticənin yaxşı yaxud pis olduğundan asılı olmayaraq.
Birincisi, yaxşı qiymət icraçı üçün bəxşişdir, çünki reytinqi nə qədər yaxşı olarsa, bir o qədər çox sifariş alacaq.
İkincisi, mənfi qiymət ilə icraçını həqiqətən cəzalandıracaqsınız, çünki o, mütləq bir neçə sifarişini itirəcək. Xahiş edirik! Qərar qəbul edərkən, məsuliyyətli olun!
Üçüncüsü, AZDO-da gördüyü işin qiymətini göstərməklə icraçı xidmətini bu qiymətə görməyə borcludur. Əgər o, qiymətini dəyişərsə və siz bu barədə bizə məlumat versəniz, o zaman icraçıya qarşı tapşırıqlara girişi məhdudlaşdırmağa qədər tədbirlər görülə bilər.